16 Sentyabr 2019 14:27
506
CƏMİYYƏT
A- A+

Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasına üzv dövlətlərin Ali məhkəmələrinin sədrlərinin Parisdə keçirilən konfransında iştirak edib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fransanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə Kassasiya Məhkəməsi, Konstitusiya Şurası və Dövlət Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsinin aparılması, insan haqlarının təmin edilməsi, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələrin paylaşılması olub.

Konfransın birinci günündə Fransa Respublikasının Prezidenti Emmanuel Makron Avropa Şurasına üzv dövlətlərin Ali məhkəmələrinin sədrlərini qəbul edib. Qəbulda beynəlxalq hüququn müxtəlif istiqamətləri ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.

Tədbirdə məhkəmədə hüquq müdafiəsinin səmərəli vasitələri, milli məhkəmələr ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında münasibətlər, şəxsi və ailə həyatına hörmət hüququ ilə ifadə azadlığının toqquşması mövzularında çıxışlar edilib.

Konfransda Fransa Kassasiya Məhkəməsinin sədri, Konstitusiya Şurasının sədri, Dövlət Şurasının sədr müavini, Ədliyyə naziri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri, Avropa Şurasının baş katibi və digər məsul şəxslərin məruzələri dinlənilib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Ali Məhkəmənin sədri bir sıra ölkələrin Ali məhkəmələrinin sədrləri və digər rəsmilərlə görüş və söhbətlərində Azərbaycanda məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübəni diqqətə çatdırıb, sualları cavablandırıb. Maraq doğuran söhbətlər zamanı Azərbaycanın məhkəmə təcrübəsinə və aparılan islahatlara xüsusi diqqət göstərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video