Alternative content

10:39 17 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:24 17.10.2019 Proqnozlar üstələnir
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Komandamız 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub
Komandamız 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub
ANA SƏHİFƏ / İDMAN
20:27 15.09.2019

Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, final görüşünə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Milli Olimpiya Komitəsinin Baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar baxıblar.

Turnirin həlledici görüşündə "Elite Horse & Polo Club Baku” (Azərbaycan) və "Los Nocheros Polo Club Münster” qarşılaşıblar. Bu dəfə də yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb - 15:4. Komandamızın heyətində Elçin Camallı (9), Tərlan Qurbanəliyev (4), Rəşad Həsənov və Namiq Orucov fərqləniblər.

Almaniyanın "Los Nocheros Polo Club Münster” ikinci, İsveçrənin "Evviva Polo Club St. Moritz” üçüncü, Rusiyanın "Planernaya Polo Club Moscow” komandası isə dördüncü yeri tutub.

Daha sonra dünya kubokunun qalibi olan komandamız mükafatlandırılıb. Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan komandamıza turnirin kubokunu və qiymətli hədiyyələr təqdim edib. Turnirin ən yaxşı oyunçusu komandamızın poloçusu Elçin Camallı seçilib.

Turnirin bütün oyunları "Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilib.

Qeyd edək ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM