Alternative content

03:51 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəfər günü
Zəfər günü
ANA SƏHİFƏ / SİYASƏT
04:41 15.09.2019


"Bismillahir-rəhmanir-rəhim! Bakı şəhəri 15.09.1918-ci il saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu”.

1918-ci il sentyabrın 15-də ilk nömrəsi işıq üzü görən "Azərbaycan” qəzetində Bakının azad edilməsi haqqında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın teleqramı dərc edilir...

Və xalqa Bakının xilasının Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər olduğunu müjdələyir...

Türk ordusunun azərbaycanlı silahlı birləşmələrlə birgə Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olur. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edir. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilir. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edir.

Amma hələ bu sevincli zəfər günlərinə çox qalmışdı və təəssüf ki, hələ xalqı qarşıda çox zülmlər, qətllər, soyqırımları gözləyirdi...


Qafqazla bağlı planların mərkəzində zəngin neft mədənləri olan Azərbaycan dururdu


1918-ci il... Birinci Dünya müharibəsi bitmək üzrədir. Şimalda çar rejimi dağılmış, bolşeviklər hakimiyyəti ələ keçirmişdilər. Qafqazda bolşeviklərin basqısı hər keçən gün daha da artırdı. Qafqazla bağlı hazırlanan bütün planların mərkəzində isə zəngin neft mədənləri olan Azərbaycan dururdu.

Məqsəd bu ərazidən türk, müsəlman əhalini təmizləmək və neft yataqlarını ələ keçirmək idi. İstila planları çox keçmədən həyata keçirilməyə başlandı. Bolşeviklər erməni dəstələrini silahlandırdılar. Bir tərəfdə ağır silahlarla təchiz olunmuş bolşevik ordusu və erməni birləşmələri, digər tərəfdə isə əliyalın və tənha qalmış azərbaycanlılar...

Elə buna görə də düşmən gün keçdikcə daha da azğınlaşırdı. Təsadüfi deyildi ki, 30 mart 1918-ci ildə bolşevik ordusu və erməni birləşmələri Bakı ətrafında kütləvi qətllər törətməyə başladı. Onlar uşaq, qadın, qoca demədən hər kəsi hədəfə almışdı və bunun isə bir adı var idi: soyqırımı. Təkcə martın 30-dan aprelin 1-nə kimi Bakıda 15 mindən çox əhali qətlə yetirilmişdi. Həmçinin Şamaxıda, Qubada, Lənkəranda və ölkənin digər bölgələrində də əliyalın, silahsız insanlara qarşı soyqırımı törədilmişdi.


Müvəqqəti paytaxt


1918-ci il aprelin əvvəllərində olduqca çətin və mürəkkəb zamanda Osmanlı dövlətindən kömək istəmək üçün azərbaycanlılardan ibarət heyət yarandı. Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi qrup İstanbulda hərbiyyə naziri Ənvər Paşa və Sultan Məhəmməd Rəşadla görüşdü. Osmanlının Qafqaza ordu göndərməsi, sadəcə, ruslara deyil, ingilislərə və ermənilərə qarşı da döyüşməyi vacib edirdi. Birinci Dünya müharibəsində Osmanlının müttəfiqi olan Almaniya isə türklərin Qafqazda güclənməsini istəmirdi. Yəni bu mürəkkəb situasiya onu göstərirdi ki, Osmanlının Azərbaycana kömək etməsi üçün bir çox siyasi güclərlə mübarizə aparması lazım gələcək.

Bütün bunlara baxmayaraq, Osmanlı dövləti dərhal Azərbaycana kömək etmək haqqında qərar verir. Ənvər Paşanın 29 yaşındakı qardaşı Nuru Paşa yardıma göndəriləcək orduya başçı təyin edilir.

Beləliklə, Azərbaycanın müstəqilliyini təmin edəcək Qafqaz İslam Ordusu yaradılır. Nuru Paşanın başçılıq etdiyi ordu artıq 1918-ci ilin aprelində Zəngəzurda idi. Nuru Paşa ruslarla, ingilislərlə, ermənilərlə vuruşaraq mayın 25-də Gəncəyə daxil olur. Gəncə əhalisi Osmanlı ordusunu sevinclə qarşılayır. Qafqaz İslam Ordusu düşmənin ciddi müqaviməti ilə qarşılaşsa da, Gəncə qısa zamanda fəth edildi, sakitlik yaradıldı. Bu döyüşlərdə 112 əsgər şəhid oldu.

3 gün sonra mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və Gəncə müvəqqəti paytaxt oldu.


Növbədə Bakı idi...


Azərbaycanın paytaxtı Bakı olmalı idi. Şəhər isə işğal altındaydı. Nuru Paşa əvvəlcə bütün heyəti azərbaycanlılardan ibarət bölüklər yaratdı və onları Qafqaz İslam Ordusuna birləşdirdi. Növbə Bakının işğaldan azad edilməsi idi. Amma bölüklər kifayət deyildi. Buna görə Nuru Paşa Osmanlıdan hərbi dəstək qüvvəsi istədi. Qısa zamanda dəstək qüvvələrin gəlməsi ilə Qafqaz İslam Ordusu Bakıya doğru irəlilədi. Bu vaxt ordunun sayı 20 minə çatdı.

Bakının şimalındakı Şamaxı və Mərəzə ilə cənubundakı Salyan-Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşdı. Hərbi birləşmələr ağır vəziyyətdə irəliləməkdə davam edirdi. Ordu silah, sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi çətinliklərlə üzləşmişdi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlərlə ordu arasındakı məsafə də artmışdı. Düşmənin ordu birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolu ətrafında işə yarayacaq su və ərzaq mənbələrini məhv edirdilər. Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Bunun üçün əllərində lazımi ləvazimat çatışmırdı. Düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdılar. Amma ixtisaslı mütəxəssis tapmaq çətin olduğundan bu işlər ləng gedirdi.


Həlledici hücum əmri


Sentyabrın 13-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru Paşa Bakı üzərinə həlledici hücum əmrini imzaladı. Həmin gün axşam Qafqaz İslam Ordusu komandirinin "Sarıxaçlı kilsə istiqamətində irəli” hücum əmri verildi. Sentyabrın 14-də səhər tezdən, hələ günəş çıxmamış xilaskar ordu Şabanı dağlarından enərək Yasamal yamaclarına çıxdı və düşməni məhv edərək şəhərin girişində dayandı. Otuz saatlıq qanlı vuruşdan sonra ağ bayraqlı avtomobildə döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə erməni komandiri şəhəri təslim etməyə hazır olduqlarını bildirdi.

Bununla da "Sentrokaspi diktaturası” darmadağın edildi və Bakı anti-Azərbaycan qüvvələrin əlindən xilas edildi. Bu döyüşlərdə 1130 Osmanlı əsgəri şəhid oldu. Bakı ilə yanaşı, Azərbaycanın bir çox bölgəsində onların xatirə məzarlıqları var...

1918-ci il sentyabrın 17-də - Fətəli Xan Xoyski kabinetinin təşkilindən üç ay sonra cümhuriyyət hökuməti Gəncədən Bakıya köçdü. Bakı rəsmən paytaxt elan olundu.

O zaman Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru Paşaya yazırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır”.


Qəhrəman ordunun xidmətləri heç zaman unudulmadı


Bakının azad edilməsindən ay yarım sonra Birinci Dünya müharibəsində Almaniya ilə müttəfiq olan Osmanlı imperiyası məğlubiyyətlə üzləşir və oktyabrın 30-da Mudros sülh müqaviləsi imzalanır. Bu sazişin Azərbaycana dair bir sıra şərtləri vardı.

Belə ki, 11-ci maddəyə görə, türk ordusu tezliklə Azərbaycandan çıxmalı, 15-ci maddəyə əsasən, Cənubi Qafqaz dəmir yolu, Bakı və Batum tam şəkildə müttəfiqlərin sərəncamına verilməli idi. Mudros müqaviləsinin 12-ci maddəsində göstərilirdi ki, Cənubi Azərbaycandakı və Qafqazdakı Osmanlı qüvvələri Birinci Dünya müharibəsi öncəsindəki sərhədlərə qədər geri çəkilməli idi.

Noyabrın 8-də ingilis hökuməti Osmanlı dövlətindən Qafqazdakı bütün türk qüvvələrinin, o cümlədən Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun 1914-cü il hüdudlarına geri çəkilməsini tələb etdi. Bu dövrdə Qafqazda və Cənubi Azərbaycanda təxminən 73 min nəfərə qədər türk əsgəri vardı. Nuru Paşa Qafqaz İslam Ordusunun komandanlığından istefa verdiyini və Azərbaycan Ordusunun xidmətinə keçdiyini bildirdi.

Beləliklə, Qafqaz İslam Ordusu noyabr ayından etibarən Bakını və Azərbaycanı göz yaşları içərisində tərk etmək məcburiyyətində qaldı. Amma Azərbaycan xalqı bu qəhrəman ordunun xidmətlərini heç bir zaman unutmadı. Qafqaz İslam Ordusundan Azərbaycanda qalan əsgərlərini də, şəhid olanlarını da illərlə yaşadığı ağır və məşəqqətli zamana rəğmən içində, özündə yaşatdı, şəninə nəğmələr qoşdu: "... Nə vaxtdır Bakının gözü yoldadır, bir qonaq gələsiz, bizə, lalələr”.


Qardaş məzarlığı...


Bu gün Bakının ən hündür nöqtəsində, ölkəmizin bölgələrində Azərbaycan və Türkiyənin övladlarının müqəddəs məzarlıqları var. Qürur duyduğumuz, vətənimizin müstəqilliyi, daim var olması uğrunda canlarından keçən qəhrəman igidlərin şəhidlik ünvanları...

Amma bu müqəddəs məzarlıqda uyuyan şəhidlərin ruhları narahatdır, düşmən tapdağında qalan Qarabağın harayındadır...

O gün də uzaqda deyil ki, ulu sələflərinin yolunu davam etdirən mərd oğullarımız sayəsində yenidən düşmən öz layiqli cavabını alacaq və Azərbaycanın Qarabağ adlı yarası da sağalacaq...

Və qardaş məzarlıqlarının üzərində dalğalanan ay-ulduzlu qoşa bayraqlar yenidən zəfər nəğməsi hayqıracaq dünyaya...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM