Alternative content

04:00 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qax rayonunda gürcülərin yaşadığı kənddə yeni məktəb binası istifadəyə verilib
Qax rayonunda gürcülərin yaşadığı kənddə yeni məktəb binası istifadəyə verilib
ANA SƏHİFƏ / Təhsil
04:33 15.09.2019


Qax rayonunun Əlibəyli kəndində gürcüdilli tam orta məktəbin şagirdləri yeni dərs ilini yeni binada qarşılayacaqlar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı sərəncama əsasən Əlibəyli kəndində inşa edilən 216 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb və məktəb yeni dərs ili ərəfəsində şagirdlərin istifadəsinə verilib.

Bu münasibətlə keçirilən mərasimdə Təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, səfirliyin əməkdaşları, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Zurab Pataradze yeni dərs ili ərəfəsində belə dəyərli hədiyyəyə görə Gürcüstan hökuməti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Mərasimdə Təhsil nazirinin müavini İdris İsayev, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və kənd sakinləri çıxış edərək, yeni dərs ilində məktəbin kollektivinə uğurlar arzulayıblar.

Sonra yeni məktəb binasına baxış olub. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binasında sinif otaqları ilə yanaşı, 11 fənn kabineti, 2 laboratoriya, 2 texnologiya kabineti, kompüter və hərbi hazırlıq otaqları, həmçinin yeməkxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Cari dərs ilində məktəbdə 161 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 33 müəllim məşğul olacaq. Ötən il məktəbi bitirən 16 məzundan 7-si Gürcüstanın ali məktəblərinə daxil olub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM