Alternative content

06:33 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir sinfin qalibləri
Bir sinfin qalibləri
ANA SƏHİFƏ / Təhsil
04:32 15.09.2019


Kəlbəcər 28 nömrəli tam orta məktəbin 18 nəfərlik sinfinin builki məzunlarının hamısı yüksək balla tələbə adına layiq görülüb


Yeni dərs ili başlanır.

İstər orta, istərsə də ali təhsil ocaqlarında "həyat qaynayır”. Ötən tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilir. Son illər daha bir mühüm məsələ də diqqət mərkəzində saxlanılır: orta məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul olunanlarla rayon icra hakimiyyəti, təhsil şöbələri və ictimai təşkilatlarla birlikdə görüşlər təşkil edilir.

Ötən illərdəki kimi, builki ali məktəblərə qəbulda da kəlbəcərli məzunlar yüksək göstəriciləri ilə fərqləniblər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctımai Birliyinin dəstəyi ilə Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış beşmərtəbəli yaşayış binalarından ibarət yeni qəsəbədəki mədəniyyət sarayında ali məktəblərə yüksək balla qəbul olunan məzunların görüşü keçirilib.

Görüşə ali məktəbə qəbul olunmuş abituriyentlər və onların valideyinləri dəvət olunub. Tədbirdə 2018-2019-cu tədris ilində rayondan ən yüksək nəticə göstərmiş 14 nəfər (600-700 bal), o cümlədən ali hərbi məktəblərə qəbul olunmuş 12 məzun iştirak edib.

Tədbirdə qeyd edilib ki, Kəlbəcər rayon 28 nömrəli tam orta məktəbin XI sinfində təhsil alan 18 şagirdin hamısı builki qəbulda iştirak edərək tələbə adına layiq görülüb. 1 nəfər - Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin məzunu Qorxmaz Səfərov isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında 674 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi (tədris ingilis dilində) ixtisasına qəbul olunub. Bu, Kəlbəcər rayonu üzrə ən yüksək nəticədir. Sevindirici haldır ki, Qorxmaz Səfərov "2019-2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2019-cu il tarixli sərəncamına əsasən Prezident təqaüdünə layiq görülənlər sırasındadır. Qorxmaz Səfərov bu mükafatın onun ali məktəbdə də yüksək göstəricilərlə təhsil alması üçün üzərinə qoyulan ciddi məsuliyyət olduğunu deyib. Prezident təqaüdçüsü əmindir ki, dövlət başçısının göstərdiyi etimadı layiqincə doğruldacaq və aldığı təqaüd davamlı olacaq.

Xatırladaq ki, son illər rayonun ümumtəhsil müəssisələrində şagirdlərə hərbi-vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı keçirilən dərslər və hərbi hazırlıq təlim-məşqləri də öz nəticəsini göstərməkdədir. Hərbi lisey və akademiyalara qəbul olunmaq üçün şagirdlər arasında maarifləndirmə işləri aparılmış, mövzu ilə bağlı rəsm, mahnı, şeir müsabiqələri təşkil edilmişdir. Məhz bunun nəticəsidir ki, builki qəbulda 12 kəlbəcərli məzun ali hərbi məktəblərin tələbəsi adını qazanıb.

Görüşdə ali məktəblərə yüksək nəticələrlə daxil olan məzunlara fəxri fərman və bütün tələbələrə "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən maddi dəstək olaraq pul mükafatı təqdim edilib.

Yeri gəlmişkən onu da qeyd edək ki, 2017-2018-ci tədris ilində kəlbəcərli məzunlar arasında yüksək nəticə ilə ali məktəblərə qəbul olunmuş tələbələrə Prezident təqaüdü verilmişdir. Rayonun 28 nömrəli tam orta məktəbinin məzunu Salmanov Həbib Ellaz oğlu (690 bal) və 117 nömrəli tam orta məktəbin məzunu Həmidova Ülkər İlham qızı (687 bal) Prezident təqaüdinə layiq görülmüşdülər.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM