Alternative content

08:06 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yardımlı məzunlarının 168 nəfəri bu il tələbə adını qazanıb
Yardımlı məzunlarının 168 nəfəri bu il tələbə adını qazanıb
ANA SƏHİFƏ / Təhsil
04:31 15.09.2019


Respublikamızın ucqar dağ rayonlarından biri olan Yardımlıda da son illər ali məktəbə daxil olan tələbələrin sayı artmaqdadır. 1928-ci ildən fəaliyyətə başlamış Yardımlı Rayon Təhsil Şöbəsinin tarixində yaddaqalan hadisələr az olmayıb. Maarif şöbəsi kimi yaradılan hazırkı təhsil şöbəsi həmin il rayonun 8 kəndində məktəb açılmasına nail olub.

1932-ci ildən isə rayonun bütün kəndlərində məktəblər fəaliyyətə başlayıb. Açığı, burada qızların Sovetlər dövründə icbari təhsildən kənarda qalmaları uzun illər boyu davam etmişdi. Lakin dövlət müstəqilliyinin bərpasından, əsasən də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra rayonda digər sahələrdə olduğu kimi, təhsildə də yeniliklər özünü göstərməyə başladı. Məhz yaradılmış şəraitin, dövlətin təhsil siyasətinin uğurlu nəticəsidir ki, hazırda Yardımlı rayonunda 46-sı tam, 18-i ümumi orta, 16-sı isə ibtidai olan 80 ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Bu il ölkəmizin ali təhsil müəssisələrinə yüksək balla qəbul olunanların arasında Yardımlı məktəbləri məzunlarının da sayı az deyil. Maraqlı və fərəhli haldır ki, tələbə adını qazanan 168 məzundan 36-sı qızdır. Onu da qeyd etmək yerinə düşərdi ki, Yardımlı məktəbləri məzunlarından qəbul imtahanlarında 1 nəfəri 600, 13-ü isə 500-dən artıq bal toplayıb.

Bu gün respublikamızda, o cümlədən Yardımlı rayonunda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir ki, onlar da ali məktəblərə qəbul prosesində öz müsbət nəticəsini göstərməkdədir. Belə ki, məktəblərin maddi-texniki, eləcə də ixtisaslı kadr potensialı ilə təmin olunması, dövlət tərəfindən təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonda universitetlərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sayı ildən-ilə artır. Məktəblərdə tədrisin yüksək səviyyəyə çatdırılmasından ötrü rayon təhsil şöbəsinin rəhbərliyi və bütün əməkdaşları davamlı şəkildə monitorinqlər keçirir, pedaqoji kollektivlərlə müxtəlif xarakterli maarifləndirici layihələr reallaşdırırlar.

Onu da qeyd edək ki, 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərində IX siniflər üzrə imtahanlara buraxılan 602, XI siniflər üzrə isə 572 şagirdin hamısı təhsil haqqında attestat alıb. Onlardan 284 nəfər ölkəmizin ali məktəblərinə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə sənəd verib. Ümumilikdə məzunlardan 168 nəfər ali, 100-ü isə orta-ixtisas məktəblərinə daxil olub. Ali məktəblərə qəbul olunanların 32 nəfəri ötən ilin məzunlarıdır.

Sevindirici haldır ki, bu il tələbə adını qazanmış məzunlardan 58 nəfəri müəllimlik peşəsinə üstünlük verib. Məzunlarımızdan Ali Hərbi Akademiya və C.Naxçıvanski adına hərbi liseyə daxil olanlar da var.

Malik BALAŞOV,

Yardımlı rayon A.Fətullayev adına Anzov kənd tam orta məktəbin direktor müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM