Alternative content

03:53 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Muriel Peneveyre: “Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir”
Muriel Peneveyre: “Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir”
ANA SƏHİFƏ / İQTİSADİYYAT
04:30 15.09.2019


Mən bu ilin iyul ayının sonunda İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişəm. Çox sevinirəm ki, Azərbaycanın bölgələrindən ilk dəfə məhz Naxçıvana səfər etmişəm.

Bu sözləri AZƏRTAC-a Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre deyib.

Diplomat bildirib ki, burada bir sıra yüksəksəviyyəli görüşlər keçirib. Görüşlərdə gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Səfir Naxçıvandakı istehsal və sənaye müəssisələrində də olub, İsveçrə hökumətinin dəstəyi ilə bərpa olunan kəhrizə baxıb. O, kəhrizin yaxşı fəaliyyət göstərdiyini və əhalinin də ondan səmərəli şəkildə istifadə etdiyini vurğulayıb. Muriel Peneveyre səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzi ilə də tanış olduğunu, çoxşaxəli iqtisadiyyata malik Naxçıvan barədə ətraflı məlumat aldığını bildirib.

"Səfərim birgünlük olduğundan muxtar respublika ilə tanışlıq imkanım o qədər çox olmadı. Ümidvaram ki, mən buraya bir daha səfər edəcək qədim diyarla daha yaxından tanış olmaq imkanı qazanacağam”, - deyən səfir ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM