15 Sentyabr 2019 04:26
707
Mədəniyyət
A- A+

İçərişəhər yaşıllıqlar məkanına çevrilib


İnsanın təbiəti belədir: harada, hansı məkanda olmasına baxmayaraq, gözəlliyə can atır. Hətta bir arşın torpaqda da möcüzə yaratmağa qadirdir. Odur ki, bu gün İçəri şəhər və bağ-bağça sözlərinin yanaşı səslənməsi təəccüblü deyil.

İçərişəhərin küçələri dar, həyətləri kiçik olsa da, bu, sakinlərin yaşıllıq, gözəllik yaratmaq istəyinə maneə törədə bilməyib. Yəni indi İçərişəhər bağ-bağçaları ilə daha əsrarəngiz, diqqətçəkən olub. Küçələr boyu əkilmiş dekorativ ağaclar, gül-çiçək gözü-könlü oxşayır. Həyətlərdə isə müxtəlif meyvə ağacları əkilib. Hər kəs evinin qarşısındakı sahənin imkan verdiyi qədər yaşıllıq yaradıb. Nar, əncir, iydə, tut, zeytun və digər ağaclar həm kölgəlik yaradır və sərinlik bəxş edir, həm də bar-bərəkət gətirir.

Foto Ağaəli MƏMMƏDOVUNDUR,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video