Alternative content

02:38 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
ANA SƏHİFƏ / Təhsil
19:42 14.09.2019

Sentyabrın 14-də Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Təhsil naziri Ceyhun Bayramov "Bilik günü” və məktəbin açılışı münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan nazir bildirib ki, ölkəmizdə təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir.

C.Bayramov son illər respublikamızda çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Nazir deyib ki, regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Ceyhun Bayramov ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib. O, yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.

Sonra nazir yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət aparıb.

Qeyd edək ki, yeni istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1 linqafon otağı və 48 sinif otağı, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri təşkil olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM