Alternative content

03:54 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
ANA SƏHİFƏ / Mədəniyyət
17:50 14.09.2019

Sentyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev Özbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində yenicə fəaliyyətə başlamış Daşkənd Prezident Məktəbini ziyarət edib. Məlumat verilib ki, məktəb Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyayevin təşəbbüsü ilə təsis olunub. Təhsil ocağı xüsusi metodlar və ən müasir innovasiyalarla təchiz olunub. Həmçinin, məktəbdə mədəniyyətin müxtəlif sahələrinə dair dərnəklər, kurslar fəaliyyət göstərir.

Məktəbin fəaliyyəti ilə tanış olan Əbülfəs Qarayevi Özbəkistan Respublikasının Xalq Təhsil naziri Şirzod Şermatov müşayiət edib.

Mədəniyyət nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı mədəniyyətin müxtəlif sahələrinə aid çoxsaylı Azərbaycan kitablarının, musiqi alətlərinin, eləcə də Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəşri ilə özbək dilində hazırlanmış kitabların Daşkənd Prezident Məktəbinə hədiyyə olunmasının vacibliyi vurğulanıb. İki ölkə arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Əbülfəs Qarayev səfər çərçivəsində Daşkənd şəhərində yenicə istifadəyə verilmiş "Minor” məscid kompleksini də ziyarət edib.

Əbülfəs Qarayevi Özbəkistan Respublikasının Xalq Təhsil naziri Şirzod Şermatov və məscidin imamı müşayiət edib. Məscidi ziyarət edən nazir Azərbaycanın təşəbbüsü ilə keçirilən Mədəniyyətlərarası Dialoq Forumundan və dövlətimizin həmin foruma verdiyi töhfələrdən danışıb. Ölkəmizdə müxtəlif mədəniyyətlər, dini icmalar üçün yaradılmış şərait haqqında məlumat verib.

Şirzod Şermatov da Özbəkistan təcrübəsindən məlumat verərək, ölkədə çoxsaylı məscidlərin, dini mərkəzlərin inşa edildiyini, İslam Sivilizasiyalar Mərkəzi və İslam Akademiyasının yaradıldığını qeyd edib.

Ziyarət zamanı məscidin kitabxanası ilə tanış olan Əbülfəs Qarayev kompleksin yüksək arxitektura və İslam ornamentlərindən istifadə olunmaqla inşa edildiyini xüsusi qeyd edərək, bu tikilinin Daşkənddə insanların dini ibadətlərini yerinə yetirmələri üçün geniş şərait yaratdığını bildirib.

Qeyd edək ki, sözügedən səfər Əbülfəs Qarayevin Özbəkistanın Kokand şəhərində keçiriləcək Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalında iştirakı məqsədilə həyata keçirilir. Tədbirdə Azərbaycandan da çoxsaylı sənətkarların iştirakı da nəzərdə tutulub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM