Alternative content

14:01 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəlilabadda təhsil islahatları uğurla həyata keçirilir
Cəlilabadda təhsil islahatları uğurla həyata keçirilir
ANA SƏHİFƏ / Təhsil
00:42 14.09.2019


Təhsil hər bir ölkənin və millətin gələcəyidir. Odur ki, respublikamızda təhsillə bağlı məsələlərə ciddi önəm verilir. Təhsilin inkişafı üzrə dövlət proqramları qəbul olunmuşdur. Bu proqramlar ardıcıl olaraq həyata heçirilir. Son illər aparılan sosial-iqtisadi siyasət sayəsində əhalinin maddi rifah halı yüksəlmiş, genişləndirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri davamlı inkişafa zəmin yaratmışdır.

Ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq təhsil sistemi də dövlətin və inkişaf etmiş müasir cəmiyyətin sosial sifarişlərinə cavab verə biləcək səviyyəyə qaldırılmaqdadır. Respublikamızda məktəb infrastrukturunun yeniləşdirilməsi, təhsilin maddi-texniki bazasının inkişafı, qabaqcıl dünya təhsil sisteminə inteqrasiyanın həyata keçirilməsi və bu məqsədlə kurikulum islahatlarının birinci mərhələsinin başa çatması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə tam cavab verir.

Cəlilabad rayonunda da təhsil islahatları həmin istiqamət üzrə aparılır. Rayonda 2018-2019-cu dərs ilində 125 ümumtəhsil məktəbi, o cümlədən 74 tam orta, 37 ümumi orta, 14 ibtidai məktəb, 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir.1794 sinif komplektində 29 min 657 şagird təhsil almışdır. Rayon üzrə şagird sıxlığı 16,5; müəllim-şagird nisbəti 1:10 olmuşdur. 3 min 60 pedaqoji kadr (2 min 586 nəfər fənlərin tədrisi ilə məşğul olmuş, 474 nəfər isə məktəblərin rəhbər kadrları və digər pedaqoji işçilərdir) şagirdlərin təlim-tərbiyəsində iştirak etmişdir.

Son illər rayonda 44 məktəb binası tikilib istifadəyə verilmiş, bəzi məktəblərə yeni sinif otaqları və korpuslar tikilib əlavə olunmuş, əvvəlki məktəb binalarından 3-ü əsaslı təmir edilmişdir. Məktəb infrastrukturunun genişləndirilməsi sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük rolu olmuşdur. Fondun xətti ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 5 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. 2018-ci ilin sentyabr ayında 5 modul tipli məktəb qapılarını şagirdlərin üzünə açmış, 2019-cu ilin ötən dövrü ərzində 664 yerlik daha 10 modul tipli məktəb binasının tikintisi başa çatdırılmışdır. Cəlilabad şəhərində 3 saylı ümumi orta məktəb üçün yer ayrılmış, yeni yaşayış massivində Dövlət İnvestisiya Proqramı hesabına 624 şagird yerlik və Heydər Əliyev Fondu tərəfindən Muğan kəndində 500 yerlik məktəb binalarının tikintisinə başlanılmışdır.

Rayonun ümumtəhsil məktəblərində 118 kompüter sinfi, 111 kitabxana, 24 emalatxana, 31 idman zalı, 24 bufet şagirdlərin istifadəsindədir. Əksər məktəblərimizdə müvafiq laboratoriyalar mövcuddur. Rayon üzrə 80 min 19 dərslik gətirilib şagirdlərə paylanmışdır. 15 məktəbin su xətti və 19 məktəbin mərkəzləşdirilmiş istilik sistemi mövcuddur. 106 məktəb odunla qızdırılır. Yeni tikilmiş 10 modul tipli məktəbin istilik sistemi quraşdırılmışdır.

Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının təhsil qanunu ilə tənzim olunur və təhsil prioritet sahə olduğu üçün Prezidentin və hökumətin daim diqqət mərkəzindədir. Hər sahədə olduğu kimi, təhsildə də kadrların işə münasibəti, fəaliyyəti çox önəmlidir. Ona görə rayonda kadrlarla iş həmişə məqsədyönlü şəkildə təşkil olunur. Təhsil nazirinin 25 fevral 2019-cu il tarixli əmrinə əsasən 8 bölmədən ibarət pedaqoji mühazirələrin rayon mərhələsi keçirilmiş, RTŞ-yə 126 mühazirə təqdim olunmuşdur. Daha sonra mühazirələrin respublika mərhələsində müəllimlərimizdən 3-ü qalib olmuşdur. Belə ki, 8 saylı Cəlilabad şəhər məktəb-liseyin sinif müəllimi Gülnarə Məmmədova və Göytəpə şəhər 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günel Əliyeva Təhsil Nazirliyinin III dərəcəli diplomlarına, Göytəpə 1 saylı məktəbin digər dil-ədəbiyyat müəllimi Samirə İbrahimova isə nazirliyin tərifnaməsinə layiq görülmüşlər. Cəlilabad şəhər 8 saylı məktəbin pedaqoji kollektivi "Oxu və riyaziyyatın tədrisi metodikasında yeni yanaşmalar” nominasiyasında qalib gəlmişdir. 7 saylı tam orta məktəbin müəllimi Vasif Alıyev "Rabotics” laboratoriya və Şorbaçı kənd tam orta məktəbin müəllimi Namiq Aslanov "Polyup-hesablama vərdişi” nominasiyaları üzrə müsabiqədə uğura imza atmışlar. Prezident İlham Əliyevin fərmanı ilə müəllimlərimiz Əlizamin Quliyev, Oqtay Əzizov, Kəramət Həsənov və Allahbaxış Muradov Əməkdar müəllim adına layiq görülmüş, Xalidə Əsgərova, Elmira Abbasova, Adil Nəzərov "Tərəqqi” medalı ilə təltif edilmişdilər.

Müəllimlərimizin peşə səriştəsinin və öz üzərlərində işləmələrinin bir göstəricisi isə şagirdlərimizin nailiyyətləridir. Təhsil nazirinin 12 dekabr 2014-cü il tarixli "Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”na müvafiq olaraq Cəlilabadda hər il bu tədbir uğurla həyata keçirilir. 3 fevral 2019-cu il tarixdə 400 nəfər IX - XI sinif şagirdlərinin qatıldığı fənn olimpiadalarının rayon mərhələsi keçirildi, bu ilin 10 iyun tarixində həmin rayon turunun qaliblərindən 8 nəfər respublika turunda iştirak etdi və onlardan 3 nəfər: XI sinif şagirdi Merac Məmmədov fizika fənni üzrə I yerə, Bədirli kənd məktəbinin XI sinif şagirdi Sadiq Həsənzadə riyyaziyyat, Şükürlü kənd məktəbinin X sinif şagirdi Vəli Vəliyev tarix fənnindən III yerə layiq görüldülər. Merac Məmmədov İsraildə keçirilən dünya olimpiadasında da uğurla çıxış edərək gümüş medalla təltif olundu.

Azərbaycan Respublikasının Təhsil nazirinin əmrini rəhbər tutaraq cari ilin 12-14 fevral tarixlərində İntel-İsef Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində "Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak etmək üçün Cəlilabad şəhər 7 saylı və Hamarqışlaq kənd tam orta məktəblərinin fizika müəllimləri Vasif Əliyev, Elşad Cəfərov, Fidan Cəfərova şagirdləri ilə birlikdə tədbirdə iştirak etmiş və müvafiq sertifikatlar almışlar. 16 noyabr 2019-cu il tarixdə "Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon, az sonra isə respublika mərhələsi keçirilmiş, 8 saylı məktəbin IX sinif şagirdi Anarə Nuri Təhsil Nazirliyinin III dərəcəli diplomu ilə təltif olunmuşdur.

2018-2019-cu tədris ilində IX siniflər üzrə 2 min 162, XI siniflər üzrə 1576 nəfər şagird buraxılış imtahanlarında iştirak edərək müvafiq attestatlar almışlar. 1 nəfər məzunumuz XI sinfi qızıl medalla bitirmşdir. Şagirdlərimizin buraxlış imtahanlarındakı göstəriciləri ümumrespublika göstəricilərinə uyğun olmuşdur. Builki qəbul imtahanlarında da məzunlarımızın göstəriciləri qənaətbəxşdir. 517 nəfər məzunumuz ali məktəblərə qəbul olunmuş, bunlardan 12 nəfər 600-dən, 62 nəfər isə 500-dən çox bal toplamışdır. Amma biz bunlarla kifayətlənmirik. Uğurları artırmaq üçün fənn müəllimləri qarşısında ciddi tələblər qoymuşuq.

Müəllimlərin əhalinin aztəminatlı hissəsi olduğu vaxtlar arxada qalmışdır. Diaqnostik qiymətləndirmə maaşların və dərs yükünün artımına gətirdiyi kimi, cari ilin sentyabr ayından etibarən əmək haqlarının artırılması müəllimlərə də şamil edilir. Müəllimlər öz çətin və şərəfli əməkləri ilə buna layiqdirlər və dövlətin, Prezidentin bu qayğısından çox razıdırlar.

Rayonda təhsil sahəsində görüləcək işlər hələ çoxdur. 35 məktəb üçün yeni bina tikintisi, əlavə sinif otaqlarının inşası və əsaslı təmirlə əlaqədar məsələ qaldırmışıq. Müvafiq sənədlər nazirliyə təqdim edilmişdir. Cəlilabad rayonunun təhsil işçiləri cənab Prezident İlham Əliyevin təhsil sahəsində məqsədli proqramlarının uğurla həyata keçirilməsində, dövlətin təhsil siyasətinin yerinə yetirilməsində başlanmış böyük işləri daha artıq səy və intensivliklə davam etdirəcək, qarşıya qoyulmuş vəzifələrin reallaşmasında fəallıq, təşəbbüskarlıq və işgüzarlığın artırılmasına nail olacaq, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni-yeni nailiyyətlər qazanacaqlar.

Qərənfil ƏHMƏDOVA,

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM