Alternative content

03:53 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
00:28 13.10.2019 Dünyanın mərkəzi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
ANA SƏHİFƏ / Elm və texnika
00:40 14.09.2019


Sentyabrın 13-də Quba Soyqırımı Memorial Kompleksində işinə başlayan "Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumunda beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı iştirak edir.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, "Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Simpoziumun iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzərək, xatirələrini ehtiramla anıblar.

Daha sonra tədbir iştirakçıları kompleksdə Azərbaycanın, o cümlədən Qubanın tarixinə aid və "Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin çap etdirdiyi kitablardan, həmçinin Quba xalçalarından və "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kəlağayılarından ibarət sərgilərlə tanış olublar.

"Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu plenar iclasla davam edib.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova bildirib ki, simpoziumun keçirilməsinin əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, regionlarda elm və mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.

Tədbirin Quba Soyqırımı Memorial Kompleksində keçirilməsinin əsas səbəbi bu məkanın türk-müsəlman dünyasında erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəz olması və ilk cümhuriyyət şəhidlərinin - 1918-ci ildə soyqırımına məruz qalmış günahsız insanların uyuduğu müqəddəs yerin burada yerləşməsi ilə əlaqədardır.

Diqqətə çatdırılıb ki, 1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Həmin gün Bakı erməni-bolşevik işğalından azad edilib. 1918-ci ilin ilk möhtəşəm və tarixi hadisəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması idisə, ikincisi Bakının işğaldan azad olunması idi. Bakının azad olunması ilə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi. Simpoziumun qeyd olunan tarixi hadisənin 101-ci illiyi ərəfəsində təşkili bu tarixi günü bir daha yada salmaq, xatırlamaq məqsədi daşıyır.

Simpoziumda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tanınmış Nəsimi və hürufilik tədqiqatçısı professor Fatih Usluer məruzələrlə çıxış ediblər.

Sentyabrın 14-də yekunlaşacaq simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan və Omandan olan alimlərin məruzələri dinləniləcək.

Tədbirin sonunda qonaqlar Qubanın görməli yerləri ilə tanış olacaqlar.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Quba Soyqırımı Memorial Kompleksi Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən inşa olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sent-yabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Xüsusi memarlıq üslubu ilə seçilən kompleks istifadəyə verildiyi gündən dünyanın müxtəlif ölkələrindən minlərlə ziyarətçi qəbul edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM