13 Sentyabr 2019 22:07
417
SİYASƏT
A- A+

Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir


ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa deputatlarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri yolverilməzdir. Biz digər üzv dövlətlərin bununla bağlı mövqe bildirmələrini istəyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə bildirib.

Komitə sədri qeyd edib ki, Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməli və bu təxribatlara ad verməlidirlər. Heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz. Azərbaycan torpaqlarının işğal olunması bütün dünyaya bəllidir. Eyni zamanda, bütün beynəlxalq təşkilatlar bilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlı əhali etnik təmizlənməyə məruz qalıb və hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır. "Bu gün qaçqın və məcburi köçkün vətəndaşlarımız Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşıblar. Belə olan halda ATƏT-in Minsk qrupunun həmsədrlərinin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir. Biz bunu pisləyirik və ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərdən buna mövqe bildirilməsini gözləyirik”, - deyə Rövşən Rzayev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video