13 Sentyabr 2019 21:41
456
CƏMİYYƏT
A- A+

Dağlıq Qarabağdan olan gənclərimizlə görüş keçirilib


Sentyabrın 13-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin ofisində Dağlıq Qarabağdan olan və bu il yüksək bal toplayıb ali məktəblərə qəbul olunan gənclərimizlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə İctimai Birliyin sədri Tural Gəncəliyev bu gün informasiya müharibəsi şəraitində yaşadığımızı bildirib, buna görə də gənclərin sosial şəbəkələrdə fəallıq nümayiş etdirmələrinin vacibliyini qeyd edib. O deyib ki, bu gün Azərbaycan gəncləri beynəlxalq aləmdə informasiya savaşında öndə olmalıdırlar. Hazırda zəruri olan məsələlərdən biri də budur. Gənclər Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün sosial şəbəkələrdən fəal şəkildə istifadə etməlidirlər.

İcma rəhbəri vurğulayıb ki, qondarma, cinayətkar xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq azərbaycanlıların oraya geri qayıtmasını əngəlləmək məqsədilə işğalçılıq siyasətinin nəticələrini legitimləşdirmək üçün müxtəlif təxribatlara əl atır. Separatçı rejim bunun üçün qondarma "seçkilər” keçirir. Bir-iki deputatı və hansısa xarici ölkənin nümayəndəsini dəvət etməklə guya beynəlxalq təşkilatların təmsilçilərinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Bu, təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir. Bu təxribatların heç bir nəticəsi olmayacaq.

T.Gəncəliyev Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərə də çağırış edib. O qeyd edib ki, Azərbaycanın əzəli torpaqları olan və hazırda işğal altında saxlanılan ərazilərinə qanunsuz səfərlər yolverilməzdir və bu səfərlərin heç bir hüquqi əsası yoxdur.

Sonra Tural Gəncəliyev gənclərə icmanın fəaliyyəti ilə bağlı məlumat verib və videoçarxlar nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video