13 Sentyabr 2019 21:38
433
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Rusiya İşgüzar Şurasının qarşıdakı dövrdə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin üzvləri ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyətini müsbət qiymətləndirərək iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsində şuranın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov çıxış edərək iki ölkə sahibkarları arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Qeyd olunub ki, ötən ilin avqustunda şuranın strukturu və iş formatı tam olaraq yenilənib.

Bildirilib ki, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye, turizm, maliyyə və İKT kimi iqtisadiyyatın müxtəlif sahələrində şuranın fəaliyyəti bundan sonra daha geniş olaraq davam etdiriləcək.

İclasda Azərbaycan-Rusiya İşgüzar Şurasının ötən bir ildəki fəaliyyəti və qarşıdakı dövrdə fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video