13 Sentyabr 2019 17:12
902
Elm və texnika
A- A+

UNEC-də birinci kurslar üçün növbəti “Oriyentasiya günü” keçirilib


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi "Oriyentasiya günü” keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, dünya universitetlərində də hər il ənənəvi təşkil olunan "Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə ətraflı məlumat vermək və əyləncəli, pozitiv gün yaşatmaqdır. UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunan "Oriyentasiya günü”ndə tyutorlar və müəllim mentorlar yeni qəbul olan tələbələrə məlumat verib, tələbə könüllülər isə onlara universitetlə tanışlıqda bələdçilik ediblər.

Birinci kurslar üçün universitetin həyətində tələbə təşkilatlarının, Karyera Mərkəzinin, "UNEC Startap” və "Enactus”un stendləri də quraşdırılıb. Stendlərdə tələbə təşkilatlarının fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib. "UNEC Startap” və "Enactus” stendlərində isə yeni startap ideyalarının, beynəlxalq yarış və reallaşdırılan layihələrin nümayişi keçirilib, komandaya yeni üzvlər cəlb olunub. UNEC-in Karyera Mərkəzi universitetə yeni daxil olan tələbələrə karyera quruculuğu ilə bağlı məsləhətlər verib, onlar üçün karyera planlama testi təşkil edib.

"Oriyentasiya günü”ndə tələbələr elektron monitorlarda yerləşdirilən dərs cədvəlləri ilə tanış olublar. Elektron monitorlar vasitəsilə daxil olduqları fakültə haqqında, UNEC-in ikili diplom proqramları barədə məlumat əldə ediblər.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqilər səsləndirilib, birinci kurslar üçün əyləncəli və intellektual oyunlar, idman yarışları keçirilib. Prezident təqaüdçüləri tədbir zamanı Radio UNEC-in canlı yayımında universitet barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, UNEC-ə 2019/2020-ci tədris ilində 4 min 799 tələbə qəbul olunub. Onların 3 min 273-ü bakalavr, 1526-si isə magistrdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video