13 Sentyabr 2019 17:05
783
Mədəniyyət
A- A+

“Əbədi ezamiyyət” filmi qardaş ölkədə rəğbətlə qarşılanıb


Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş "Əbədi ezamiyyət” sənədli filmi Ankarada nümayiş olunub.

Rəsmi şəxslər, o cümlədən səfir Xəzər İbrahim, Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, eləcə də paytaxt ictimaiyyətinin görkəmli nümayəndələri tamaşaçılar arasında olublar.

Azərbaycan tarixinin ən maraqlı və şərəfli səhifələrindən birinə işıq salan uğurlu ekran əsərini izləyənlər tədbirdən dərin təəssüratlarla ayrılıblar.

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu film barədə təəssüratlarını AZƏRTAC-a bölüşərək deyib ki, ekran əsərini duyğusuz izləmək mümkün deyil. Film istiqlalımızın nə qədər qiymətli olduğunu tərənnüm edir.

Həkim Nejat Soyan isə hesab edir ki, "Əbədi ezamiyyət” Azərbaycanın dövlətçilik tarixi barədə Türkiyə ictimaiyyətini məlumatlandırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən filmin Ankaradakı təqdimatı ölkəmizin Türkiyədəki səfirliyi və SOCAR-Türkiyənin birgə təşkilatçılığı əsasında diplomatik xidmət orqanlarımızın 100 illiyinə həsr edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video