13 Sentyabr 2019 17:04
541
İQTİSADİYYAT
A- A+

İnam Kərimov: Bu il ölkə üzrə 641 ton barama tədarük olunub ki, bu da 25 faiz artım deməkdir

Zərdab rayonunda "Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat institutlarının nümayəndələri, Azərbaycanın 38 rayonunda barama istehsalı ilə məşğul olan kümçülər iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi, Zərdab rayonunda da abadlıq-quruculuq işləri həyata keçirilib: "Aqrar sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamların, verilmiş tapşırıqların icrası istiqamətində də Zərdab rayonunda xeyli işlər görülüb. Taxıl, pambıq, çəltik, şəkər çuğunduru vədigər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yüksək nəticələr əldə edilib. Dövlət başçısının 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər qazanılıb. Belə ki, 2019-cu ildə rayon üzrə yay baraması ilə birlikdə barama tədarükü 2016-cı ilə nisbətən 12,5 dəfə artaraq 71 ton 539 kiloqram təşkil edib. Bu da respublika göstəricisinin 11,2 faizinə bərabərdir. Zərdab rayonu barama tədarükü sahəsində son 4 ildə yüksək nəticələrə nail olmaqla respublikada liderliyini qoruyub saxlayıb”.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: "Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən baramaçılığın inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində aqrar sahədə müsbət inkişaf dinamikası bu il də davam edib. İlin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 25,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artıb”.

Nazir 2019-cu ilin barama mövsümünün müsbət göstəricilərlə yadda qaldığını deyib: "Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi, baramaçılıqda da inkişaf müşahidə edilir. Bu il 641 ton barama tədarük olunub ki, bu da 25 faiz artım deməkdir”.

Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən mühüm tapşırıqların verildiyini deyib. Nazir çıxışında Azərbaycanda baramaçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Müşavirədə 2019-cu ildə Azərbaycanda barama istehsalında yüksək məhsuldarlığa, barama istehsalçılarına göstərdiyi yüksək xidmətə, ipəkqurdlarının inkubasiyasında əldə etdiyi yüksək nəticəyə görə 10 kümçü və 3 məsləhətçiyə Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamələri fermerlərə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və "Azərbaycan Sənaye Korporasiyası ASC-nin Baş direktoru Kamran Nəbizadə təqdim ediblər.

Daha sonra müşavirədə "Azərbaycan Sənaye Korporasiyası ASC-nin Baş direktoru Kamran Nəbizadə "Barama istehsalı və emalı sahəsində hədəflər”, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov "Respublikada barama istehsalı ilə bağlı 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev "Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili” mövzusunda çıxış ediblər. Lənkəran rayonundan olan kümçü Allahverdi İbrahimov isə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə baramaçılığın inkişafı, tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video