13 Sentyabr 2019 11:10
573
CƏMİYYƏT
A- A+

“Uşaq Qaynar Xətti” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub

Məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi olan, "Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” xidmətinə 2019-cu ilin iyun-avqust aylarında 1547 müraciət daxil olub. Zənglərin 89-u psixoloji, 194-ü hüquqi, 901-i təhsil, 80-i səhiyyə, 125-i sosial, 158-i isə digər məsələlərə aiddir.

Müraciətlərin 1440-ı 18 yaşdan yuxarı, 107-si isə 18 yaşdan aşağı şəxslər tərəfindən edilib. "Uşaq Qaynar Xətti” xidmətinə zənglər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən daxil olur. Xatırladaq ki, öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim qayğıya ehtiyacı olan uşaqlar üçün layihələr ilə seçilən "Azercell” şirkəti 2018-ci il iyun ayının 13-dən etibarən "Uşaq Qaynar Xətti” xidmətinin Göygöl ofisini istifadəyə verib. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.

"Azercell Telekom”un dəstəyi, "Ümidli Gələcək” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480-22-80, (050) 680-22- 80, (051) 880-11-80, (051) 880-22-80 və (051) 580-22-80 nömrələri ilə günün istənilən saatında qaynar xətt xidmətinə müraciət etmək imkanı yaradılıb. Həmçinin "Uşaq Qaynar Xətti”nin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün şirkətin təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə xidmətin IOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib.


"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video