12 Sentyabr 2019 21:36
489
SİYASƏT
A- A+

Azərbaycanın Xarici İşlər naziri AŞPA-nın prezidenti ilə görüşüb


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskie ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Lilian Mori Paskie dövlətimizin başçısı tərəfindən qəbul edilməsini yüksək dəyərləndirdiyini bildirib və təşkilat çərçivəsində Azərbaycan ilə mövcud münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin Sədri ilə məhsuldar fikir mübadiləsi apardığını qeyd edib.

Elmar Məmmədyarov Azərbaycan ilə AŞPA arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinin Avropa Şurası və onun institutları ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Daha sonra Lilian Mori Paskie Avropa Şurasında aparılan islahatlar, o cümlədən təşkilatda ortaya çıxan problemlərin aradan qaldırılması üçün yaradılan yeni mexanizmlər haqında danışıb. Avropa Şurasının 70 illiyindən söz açan AŞPA prezidenti bu münasibətlə səfəri çərçivəsində Azərbaycanda da belə bir tədbirin keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Söhbət əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti ilə bağlı qonağı geniş məlumatlandırıb.

Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video