Alternative content

04:07 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Şurası ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərir
Avropa Şurası ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərir
ANA SƏHİFƏ / SİYASƏT
21:33 12.09.2019
Sentyabrın 12-də Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Xristos Cakoumoulosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şurası ilə sıx əməkdaşlıqdan danışıb, qurumun 70 illiyi münasibətilə təbrikini ifadə edib. Nazir ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verərək bu sahədə tədbirlərin Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələdə davam etdirildiyini vurğulayıb.

Söhbət zamanı Avropa Şurası ilə əməkdaşlıqda qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanlarının yaradılması, infrastrukturun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi, yeni ixtisaslaşmış kommersiya məhkəmələrinin yaradılması, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və həmin Məhkəməyə təlim səfərlərinin təşkili təqdir olunub.

Ölkəmizə səfərindən xoş təəssüratını bölüşən X.Cakoumoulos Avropa Şurasının Azərbaycanla hələ üzv olmamışdan əvvəl əməkdaşlıq münasibətlərinin qurulduğunu, bu əlaqələrin inkişafında Ədliyyə Nazirliyinin əsas tərəfdaşlardan olduğunu vurğulayıb. O, nazirliklə hüquqşünasların tədrisi, o cümlədən insan hüquqları üzrə təlimçilərin hazırlanması sahəsində birgə həyata keçirilən layihələrin çox yaxşı nəticələr verdiyini bildirib.

Qonaq, həmçinin ədliyyə sahəsindəki innovasiyalar, penitensiar sistemdə aparılan islahatlar barədə məlumatlandırılıb, cəza siyasətinin humanistləşdirilməsinə dair dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər edilərək bir sıra əməllərin dekriminallaşdırıldığı, həbsə alternativ qətimkan tədbirlərinin və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların tətbiqinin genişləndirildiyi, probasiya xidmətinin yaradılaraq elektron nəzarət vasitələrinin geniş tətbiqi, humanistləşdirmə tədbirlərinin bu gün də davam etdirildiyi bildirilib.

Baş direktor həyata keçirilən islahatları və yenilikləri maraqla qarşılayıb, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının təmin olunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru nəhəng addımların atıldığını vurğulayıb, Azərbaycan tərəfinin İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) hesabatlarını dərc etməsini alqışlayıb.

Bildirib ki, ədliyyə və məhkəmə sistemində mövcud tərəqqi, Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli müstəsna əhəmiyyətə malik Fərmanında müəyyən edilmiş prioritetlər, eləcə də ölkəmizin Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasında yüksək təmsilçiliyi bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar açır. X.Cakoumoulos həyata keçirilən islahatlara bundan sonra da dəstək göstərilməsinə hazır olduğunu söyləyib.

Tədbir zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın davam edən işğalçılıq siyasəti qonağın xüsusilə diqqətinə çatdırılıb, Ermənistan rəhbərliyinin açıq-aşkar müharibəyə təhrik edən təxribatçı və aqressiv populist bəyanatlarının narahatlıq doğurduğu vurğulanaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi reaksiya verməsinin zəruriliyi bildirilib.

Görüşdə, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin və digər hüquqşünasların tədrisi, Avropa Məhkəməsinin qərarlarının icrası, vəkilliyin inkişafı, mediasiya, alternativ ekspertiza və özəl icra mexanizmlərinin tətbiqi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM