Alternative content

04:03 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AFFA rəsmi bəyanat açıqlayıb
AFFA rəsmi bəyanat açıqlayıb
ANA SƏHİFƏ / İDMAN
16:38 12.09.2019

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ötən gün təsis olunduğunu elan edən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı (AFİHİ) ilə bağlı rəsmi bəyanat yayıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, bəyanatda deyilir: "Bu təşkilatın adında "AFFA” adından istifadə edilməsinə baxmayaraq, onun AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyəti yoxdur. "Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, "Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”.

Həmin Qanunun eyni maddəsində "işçi” dedikdə "əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür” kimi müddəa yer alıb. Bildirmək istərdik ki, qeyd edilən və özünü həmkarlar ittifaqı təşkilatı adlandıran təşkilatın mətbuatda adları hallandırılan təsisçilərindən heç biri heç vaxt AFFA ilə əmək münasibətlərində olmamışdır. Bunu nəzərə alaraq, "AFFA” adından istifadə etməklə bu cür həmkarlar ittifaqının təsis edilməsi "Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir.

Xatırladaq ki, sentyabrın 11-də AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının təsis konfransı keçirilib. Konfransda veteran futbolçu və məşqçi Nazim Süleymanov AFİHİ-nin sədri seçilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM