Alternative content

04:02 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
ANA SƏHİFƏ / Mədəniyyət
11:35 12.09.2019

Sentyabrın 11-də Heydər Əliyev Sarayında IV İndoneziya mədəniyyəti festivalının açılışı olub. Tədbir İndoneziyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar sarayın foyesində İndoneziyanın milli mədəniyyətini əks etdirən sərgi ilə tanış olublar.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani çıxış edərək Azərbaycan ilə İndoneziya arasında mövcud olan mədəni əlaqələrdən danışıb. Azərbaycanın zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərinə malik olduğunu vurğulayan diplomat bildirib ki, ölkəsində 1340 etnik qrup var: "Hər iki ölkə tolerantlıq və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, festival ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi naminə güclərini birləşdirilməsində körpü rolunu oynayacaq”.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu festival Bakıda dost, qardaş olan İndoneziyanın mədəniyyəti ilə bağlı sayca dördüncü tədbirdir. Əvvəlki illərdə olduğu kimi, budəfəki festivalda da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələr ölkəmizdə təqdim edilir.

Ə.Qarayev bildirib ki, son 28 ildə ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.

Nazir vurğulayıb ki, İndoneziya səfirliyi son illərdə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir. Bu isə xalqlarımız arasında əlaqələrin güclənməsinə təkan verir.

Qeyd edək ki, İndoneziyanın musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalın açılış mərasimində iştirak ediblər.

Festivalın açılışında İndoneziya xalqına məxsus "Ankluq” musiqi alətində ifalar, "Kuda lumpinq” adlanan atlılar dəstəsini əks etdirən ənənəvi "Yava” rəqsi təqdim olunub. Rəqs zamanı milli geyimlər, ağac və al-əlvan parçalardan hazırlanmış bəzəkli maskalar - "Topenq kras” tamaşaçılara xoş təsir bağışlayıb.

"Mocanq prianqan” rəqsi Cayponqan janrındadır. Bu janr, İndoneziyanın qərbi Yava əyalətində məskunlaşmış sunda əhalisinin populyar ənənəvi rəqsidir. Bu xalqın milli sərvətlərindən olan "Randay” musiqi, ifa, rəqs, dram və silat döyüş sənətini özündə birləşdirən xalq teatrı ənənəsidir. Festivalın açılış mərasimində təqdim olunan bənzərsiz musiqi və rəqslər bütün iştirakçıların zövqünü oxşayıb.

Festival sentyabrın 13-dən 15-dək Fəvvarələr meydanında davam edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM