Alternative content

00:34 17 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ATƏT-dən Paşinyana sərt ittiham
ATƏT-dən Paşinyana sərt ittiham
ANA SƏHİFƏ / SİYASƏT
00:48 12.09.2019


Qurumun Parlament Assambleyasının sədri Ermənistanın baş nazirinin danışıqlar prosesinə zərbə vurduğunu bəyan etdi


Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ziddiyyətli açıqlamalar verməkdə davam edir. Bütün bu açıqlamalarla erməni baş nazir ilk növbədə ölkəsinin işğalçılıq niyyətini açıq etiraf etmiş olur. Məsələn, Paşinyanın avqustun əvvəllərində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistana aid etməsi, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırışı bu ölkənin əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır.

Paşinyanın reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir. Bununla yanaşı, onun bu cür davranışı danışıqlar prosesinə böyük zərbə vurur. Digər tərəfdən Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlikdən və məsuliyyətsizlikdən başqa bir şey deyil. Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu açıqlama ilə Ermənistanın baş naziri həmçinin özü-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyyat və yalandan başqa bir şey olmadığını etiraf edir. Bununla Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, onların danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında deyilir: "Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir. Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı elə Ermənistanın özünün səsləndirdiyi "münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu”.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk qrupunun həmsədrləri və bu qrupun digər üzv ölkələrin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının, habelə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalının ağır nəticələrini xatırladaraq, Paşinyanın son bəyanatlarını vəziyyətin daha da gərginləşməsinə gətirən "qırmızı xəttin” aşılması kimi qiymətləndirir.

Paşinyanın bu çağırışından sonra danışıqlar prosesinin gələcəyi barədə suala ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməli idilər. Lakin təəssüflə qeyd etməliyik ki, indiyə qədər həmsədrlər Paşinyanın bu çağırışına münasibət bildirməyiblər.

Məsələyə bu günlərdə ATƏT PA-nın sədri Giorgi Tsereteli münasibət bildirib. O, baş nazir N.Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatının münaqişənin nizamlanmasına və danışıqlar prosesinin gedişinə zərbə vurduğunu bildirib. ATƏT PA-nın sədri deyib: "Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi hər zaman sülh prosesinə zərbə vurur. ATƏT məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də bizim təşkilatımızın diqqət mərkəzindədir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik”.

Onun sözlərinə görə, bu münaqişənin ədalətli həllinə nail olmaq üçün fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, Atlantik Şuranın analitiki Metyu Brayza isə Ermənistan baş nazirinin bəyanatları ilə irəliləyiş əldə etməyin mümkün olmadığını bildirib: "Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökumətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil”.

Ermənistan indi müəyyən etməlidir: sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini? Artıq belə bir təsəvvür formalaşıb ki, Ermənistanın əvvəlki terrorçu rəhbərliyi kimi, yeni iqtidarı da münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir.

Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bakının səbri tükənməz deyil. Bu mənada Paşinyanın Xankəndidə səsləndirdiyi fikirlər əslində erməni xalqı üçün yeni faciələr hazırlayır. Azərbaycan sülh danışıqlarına sadiq olduğunu dəfələrlə bəyan etsə də, bu prosesin ədalətli yekunlaşmayacağı təqdirdə digər vasitələrlə işğal olunmuş ərazilərini azad edəcəyini heç vaxt gizlətmir. İldən-ilə intensivləşən, o cümlədən mütəmadi olaraq Naxçıvanda keçirilən, bu günlərdə reallaşan hərbi təlimlər də məhz həmin məqsədə xidmət edir. Bunu Yerevanda da anlayır və haqlı olaraq təlaş keçirirlər. Ona görə özünü demokrat sayan Paşinyan xalqı üçün faciələrə səbəb olacaq hadisələr deyil, tarixi ədalətin bərpa edilməsi barədə düşünsə, daha yaxşı olardı.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM