Alternative content

02:00 24 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağcabədi kəndlisi uğurlara imza atır
Ağcabədi kəndlisi uğurlara imza atır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:47 12.09.2019


Prezident İlham Əliyevin qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi barədə verdiyi tapşırıq və tövsiyələr ölkənin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da yüksək məsuliyyət hissi ilə, eyni zamanda müvəffəqiyyətlə həyata keçirilir.

Ağcabədi respublikanın böyük potensiala malik rayonlarındandır. Rayonun torpağı münbit, suyu bol, insanları isə işgüzar, bacarıqlı və qədirbiləndir. Son illər uğurla reallaşdırılan kompleks təşkilat-təsərrüfat tədbirləri sayəsində rayonun iqtisadiyyatı müqayisəedilməz dərəcədə yüksəlmiş, sosial-iqtisadi inkişaf dönməz xarakter almışdır. Çox qürurvericidir ki, ölkənin aqrar sektorunda Ağcabədi bir qabaqcıllıq nümunəsi yaratmışdır. Mütərəqqi texnologiyalardan, innovativ üsullardan bacarıqla, yerli xüsusiyyətlərə uyğun yaradıcılıqla istifadə olunması aqrar sektorun dinamik inkişafında əsas şərtdir desək, səhv olmaz. Pambıqçılıqda, taxılçılıqda, baramaçılıqda, eləcə də təsərrüfatın digər sahələrində son illərin məhsul artımı indi faizlərlə deyil, dəfələrlə hesablanır.

Rayonun suvarma sistemləri idarəsinin kollektivi olaraq fəxr edirik ki, kənd təsərrüfatı məhsulları istehsalında rayonumuzun əldə etdiyi nailiyyətlərdə az-çox bizim də əməyimiz var.

Əmək meydanında qazanılan hər bir uğurun mayasında torpaq, su və zəhmət dayanır. Əlbəttə, bu sahədə dövlətin güclü dəstəyi də həlledici amil sayılmalıdır. Dövlət başçısının tapşırıq və tövsiyələrini konkret fəaliyyət proqramı kimi qəbul edən rayon rəhbərliyi bütün qüvvələri bacarıqla səfərbər edərək ölkənin ərzaq təhlükəsizliyinə Ağcabədi kəndlisinin sanballı töhfələr verməsini təmin etmişdir. Bir-birindən uğurlu gələn illər sırasında cari ilin özünəməxsus yeri var.

Bu il 105,3 min ton taxıl istehsal edən "sarı kəhrəba” ustalarımız hər hektarın məhsuldarlığını əhali təsərrüfatlarında 49,2 sentnerə çatdırdılar. Cari ildə kümçülərimiz 54,5 ton barama tədarük etdilər ki, bu da keçən ildəkindən 17,4 ton çoxdur. Meyvə, bostan-tərəvəz məhsulları istehsalı uğurla davam edir. Rayonumuzda əsas kənd təsərrüfatı sahəsi olan pambıqçılığın inkişafına xüsusi fikir verilir. Bu istiqamətdə həyata keçirilən kompleks təşkilat-təsərrüfat tədbirlərinin nəticəsi sevindiricidir. Keçən il tarla bahadırlarımız 23,3 min ton "ağ qızıl” istehsal etmiş, hər hektardan 23,3 sentner məhsul götürmüşlər. Bu nəticə respublikada yüksək göstəricilərdən sayılır. Qazanılan nailiyyətlər qətiyyən arxayınçılıq yaratmır. Pambıqçılıqda yeni hədəflərə çatmaq uğrunda mübarizə bu gün də zərbəçi ahənglə davam edir. Cari ildə rayonun təsərrüfatlarında 10452 hektar sahədə pambıq əkilmişdir. Becərmədə aqrotexniki tələblərə ciddi əməl olunmuş, tarlalarda bol məhsul yetişdirilməsi təmin edilmişdir.

Artıq ağ örpəyə bürünmüş tarlaların ürəkaçan görkəmi bol məhsuldan xəbər verir. Yetişdirilən bol məhsulda rayon suvarma sistemləri idarəsinin kollektivinin də əməyi böyükdür. Biz aylardan bəri gərgin iş rejimi qrafiki ilə çalışmışıq. Gecəli-gündüzlü iş başında olaraq bir pambıq kolunu da susuz qoymamışıq. İndi ağ örpəkli, bol məhsullu tarlalara baxanda aylardan bəri çəkilən zəhmətin ağrı-acısını unuduruq.

Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsi balansında olan 2261 kilometr suvarma kanalı, 41 kilometr örtülü dren, 2489 hidrotexniki qurğu, 51 elektrik nasos stansiyası, 2 üzən nasos, 6 SNP markalı nasos vasitəsilə 65 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə təmin edir. İl ərzində 36291 hektar sahədə əkilmiş təsərrüfat bitkilərinin 2-3 dəfə suvarılmasına nail oluruq.

Torpaq istifadəçiləri ilə işgüzar münasibətlərimizi qorumağa çalışır, onların sifarişlərini təxirə salmadan operativ şəkildə yerinə yetiririk. Bu baxımdan su təsərrüfatı qurğularının daim saz və işlək vəziyyətdə olmasına böyük önəm veririk. Bu il 363 kilometr su kanalı lildən təmizlənmiş, 152 hidrotexniki qurğu, 14 hidrotexniki post, 9 ədəd nasos stansiyası təmir olunmuşdur. Hindarx, Salmanbəyli-9, Rəncbərlər, Şəfəq-1, Kəbirli-2, Kür qırağı, Muğanlı, Hüsülü-5, Sarıcalı, Sovxoz-1 nasos stansiyalarında müxtəlif təmir işləri görülmüşdür. Respublika "Meliorasiya və Su Təsərrüfatı” ASC də bütün müraciətlərimizə qayğı ilə yanaşır, idarənin zəruri mal-material və ehtiyat hissələri ilə təminatını yüksək səviyyədə yerinə yetirir.

Tarlalarda böyük zəhmət bahasına yetişdirilmiş bol məhsulun yığılmasına artıq start verilir. Heç şübhə yoxdur ki, hünərvər Ağcabədi kəndlisi öz zəfər salnaməsinə bu il yeni və parlaq səhifələr yazacaq. Bu elə bizim də uğurumuz olacaq.

Malik MİRZƏYEV,

Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin rəisi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM