Alternative content

06:34 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər və idman sahəsində münasibətlərin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb
Gənclər və idman sahəsində münasibətlərin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb
ANA SƏHİFƏ / SİYASƏT
00:46 12.09.2019


Sentyabrın 9-da Strasburqda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Avropa Şurasının mənzil-qərargahında təşkilatın Baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa Şurası arasında gənclər və idman sahəsində formalaşmış geniş əməkdaşlıq münasibətlərinə nəzər salınıb və bu münasibətlərin daha da inkişafı istiqamətində gündəmdə dayanan müxtəlif mövzu və layihələr ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, qarşıdakı dövrdə Avropa Şurası çərçivəsində Azərbaycanın gənclər və idman sahələri üzrə planlaşdırılan gələcək fəaliyyətinin yeni istiqamətləri də müzakirə edilib.

Bununla yanaşı, səfər çərçivəsində nazir Azad Rəhimov Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin Avropadan olan üzvü mövqeyinə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynlinin namizədliyinin təqdimatı mərasiminə də qatılıb.

Əsasən üzv dövlətlər üçün keçirilən bu tədbirdə daimi nümayəndə Fəxrəddin İsmayılovun çıxışından sonra nazir Azad Rəhimov ölkəmizdə idmanın inkişafı sahəsində işlər haqqında məlumat verib və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb. Nazir respublikamızda antidopinq sahəsinə yetirilən diqqəti vurğulayıb, AMADA-nın dopinqlə mübarizə sahəsində qazandığı uğurlardan bəhs edib və üzv dövlətləri qarşıdan gələn günlərdə keçiriləcək seçkilərdə Azərbaycan namizədinə dəstək verməyə çağırıb.

AMADA-nın rəhbəri Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin İcraçı Komitəsinə namizəd kimi irəli sürdüyü platforma barədə maraqlı təqdimatla çıxış edib və qlobal səviyyədə dopinq ilə effektiv mübarizə ilə bağlı düşüncələrini bölüşüb.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM