12 Sentyabr 2019 00:44
610
İQTİSADİYYAT
A- A+

Dövlət borcunun və zəmanətlərinin uçotu daha effektiv aparılacaq


Prezident İlham Əliyevin 2018-ci il 24 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ilə müəyyən edilmiş tapşırığın icrası məqsədilə Maliyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) arasında Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi (DMFAS) Proqramının satın alınması və tətbiqi barədə layihə sənədi imzalanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, icra müddəti 36 ay olan layihə Asiya İnkişaf Bankı (ADB) və İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi (qrant şəklində) ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və qurumun əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Layihə müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə dolğun borc məlumatlarının etibarlı saxlanılması, daha səmərəli şəkildə idarə edilməsi, eləcə də borc məlumatlarının daha effektiv təhlili əsasında funksional çərçivə üzrə strateji məqsədlərə nail olmağa töhfə verəcək. Bununla yanaşı, layihə dövlət borcunun və zəmanətlərin hesabatlılığının da təkmilləşdirilməsini hədəfləyir.

UNCTAD-ın Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi - DMFAS Proqramının əsas məqsədi davamlı iqtisadi inkişaf, idarəetmənin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması məqsədilə dövlət borclarının daha səmərəli şəkildə idarə edilməsini təmin etməkdir. Eyni zamanda, DMFAS borc idarəetmə prosedurlarını asanlaşdırır və beynəlxalq və ölkə səviyyəsində hesabatların daha şəffaf və dəqiq hazırlanmasına şərait yaradır.

Hazırda DMFAS proqramı 60-dək ölkənin maliyyə nazirliklərinə və mərkəzi banklarına istehsal qabiliyyətlərinin artırılması istiqamətində borc məlumatlarının etibarlı şəkildə idarə edilməsinə dəstək verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video