12 Sentyabr 2019 00:43
817
Təhsil
A- A+

Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçiblər


Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisasını seçiblər.

Neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə, valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar ixtisasları üzrə Bakı Ali Neft Məktəbində peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.

Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevir. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də eyni qrupda təhsil alacaqlar.

Hər iki qardaş Bakı şəhəri 147 saylı Texniki Humanitar Liseyinin məzunudur.

Rəşad Azadlı Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə daxil olmuş Prezident təqaüdçülərindən biridir.

Qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamı ilə yeni tədris ilində 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video