Alternative content

07:49 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:29 23.10.2019 Diplomatik zərbə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Şəfəq-Asiman”ın ətraf mühitə təsiri ictimaiyyətlə birgə müzakirə olundu
“Şəfəq-Asiman”ın ətraf mühitə təsiri ictimaiyyətlə birgə müzakirə olundu
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 12.09.2019


"Şəfəq-Asiman” kəşfiyyat-qazma layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədləri ictimaiyyətlə birgə müzakirə olunub.

Bu məqsədlə ƏMSSTQ-nın əvvəlcədən icmalı hazırlanıb və ictimaiyyətə təqdim edilib. İcmal nəzərdən keçirilmiş məsələləri, ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlər barədə əsas yekunları açıqlamaq üçün nəzərdə tutulub.

"Şəfəq-Asiman” perspektiv strukturunun kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 2010-cu ilin oktyabr ayında BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında imzalanıb. Digər neft-qaz layihələrindən fərqli olaraq bu HPBS-də tərəfdaşlar çoxsaylı deyil. Yəni iştirak payları sözügedən iki şirkət arasında yarıya bölünür. Əməliyyatçı BP şirkətidir.

"Şəfəq-Asiman” müqavilə sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətində təxminən 125 kilometrlik məsafədə yerləşir. 1995-ci ildə və 1999-cu ildə burada ikiölçülü seysmik tədqiqat işləri aparılıb. 2012-ci ildə isə üçölçülü seysmik tədqiqat həyata keçirilib. Strukturda kəşfiyyat quyusunun yerinin dəqiq müəyyənləşdirilməsində məhz seysmik tədqiqatların nəticələrindən istifadə edilib. Qazılması nəzərdə tutulan SAX01 quyusunun sahəsində suyun dərinliyi 624 metrdir. Qazma işlərinin bu ilin dördüncü rübündə başlanması planlaşdırılır. Quyu qazıldıqdan sonra onun konservasiya ediləcəyi və bir-üç illik fasilədən sonra orada sınaq aparılacağı nəzərdə tutulur.

Kəşfiyyat quyusunun qazılmasının dünyada ən müasir qazma qurğularından olan "Heydər Əliyev” səyyar dəniz qazma qurğusu ilə həyata keçiriləcəyi nəzərdə tutulur. Hazırda bu qurğu digər bir operator şirkətin istifadəsindədir və orada işləri tamamlayandan sonra "Şəfəq-Asiman”ın ərazisinə gətiriləcək.

Quyunun qazılması üçün alternativ variantlar qiymətləndirilib. Bu zaman BP-nin Xəzər dənizindəki kəşfiyyat quyularının qazılmasında əldə etdiyi zəngin təcrübədən istifadə olunub. Bununla yanaşı əsas variantın layihəsi də hazırlanıb. Həmin variantda texniki, iqtisadi, təhlükəsizlik və ətraf mühitlə bağlı bütün məqamlar nəzərə alınıb.

Üçölçülü seysmik məlumatların təhlilindən sonra kəşfiyyat quyusunun qazılacağı yer müəyyənləşdirilib. Bunun üçün "Şəfəq-Asiman” strukturunun ən çox potensial vəd edən ərazisi seçilib. Qazma işləri üçün səthdə, səthə yaxın qatlarda və yerin təkində olan təhlükələrin qiymətləndirilməsi də nəzərə alınıb. Qazma məhlulu seçilərkən isə adətən dənizdəki qazma işləri üçün istifadə olunan iki məhlul əsas götürülüb. Bunlar su əsaslı və qeyri-su əsaslı məhlullardır. Təcrübə göstərir ki, su əsaslı məhluldan quyu lüləsinin üst intervallarının qazması zamanı istifadə etmək səmərə verir. Qeyri-su əsaslı məhlul isə aşağı lülə intervallarının qazılması üçün daha münasibdir.

Xatırladaq ki, ƏMSSTQ prosesi layihənin həyata keçirildiyi müddətdə onunla əlaqədar fəaliyyətlərin qiymətləndirilməsinə sistemli yanaşma üsulunu təşkil edir. Bu prosesin ümumi məqsədi layihə fəaliyyətlərindən meydana gələn potensial mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyən etməkdən, azaltmaqdan və səmərəli şəkildə idarə etməkdən ibarətdir.

ƏMSSTQ məsələləri sözügedən HPBS-də də öz aydın əksini tapıb. Orada deyilir: "Podratçı neft-qaz əməliyyatlarını ətraf mühitin mühafizəsi standartlarına uyğun olaraq lazımi həssaslıqla səmərəli və təhlükəsiz şəkildə aparır. Məhdudiyyət qoymadan yerin üstü və təki, dəniz, hava, göllər, çaylar, flora və fauna, kənd təsərrüfatı bitkiləri, digər təbii ehtiyatlar və əmlak daxil olmaqla, bütövlükdə ətraf mühitin müvazinətinin hər hansı potensial pozuntularını minimuma endirmək üçün ətraf mühitin mühafizəsi standartlarına müvafiq surətdə bütün zəruri tədbirləri görür”.

"Şəfəq-Asiman”ın ətraf mühitə təsiri müzakirə edilərkən ictimaiyyətin nümayəndələri də məhz bu məsələlər ətrafında fikir söylədilər. Onları maraqlandıran çoxsaylı suallar cavablandırıldı.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM