Alternative content

06:31 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İpək yolu üzərində yerləşən şəhərlərin növbəti beynəlxalq konfransı keçirilib
İpək yolu üzərində yerləşən şəhərlərin növbəti beynəlxalq konfransı keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:41 12.09.2019


Çinin Sian şəhərində davam edən Avrasiya İqtisadi Forumu çərçivəsində İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən şəhərlərin 7-ci beynəlxalq konfransı keçirilib. "Qarşılıqlı mənfəət üçün birgə əlaqələndirmə çağırışı” mövzusunda keçirilən konfransda Azərbaycanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Sian şəhərinin meri Li Minyuan konfransın keçirildiyi şəhərlə "Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən ölkələrin müxtəlif şəhərləri arasında iqtisadi-ticari, humanitar, mədəni əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə təmsil olunan şəhərlər, o cümlədən Sumqayıta aid videoçarxlar nümayiş olunub. Sonra şəhər rəhbərlərinin çıxışları dinlənilib.

Azərbaycan-Çin əlaqələrinin tarixinin böyük İpək yoluna söykəndiyini diqqətə çatdıran Sumqayıt ŞİH başçısı Zakir Fərəcov Azərbaycan rəhbərliyinin Çin ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verdiyini, bu əlaqələrin bütün sahələrdə genişlənməsində maraqlı olduğunu bildirib. Qeyd edib ki, özünün yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilən Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanır, çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir.

Z.Fərəcov Çin dövlətinin başçısı Si Cinpinin təşəbbüsü ilə reallaşdırılan "Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən birinin də məhz Azərbaycan olduğunu vurğulayaraq, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu imzalandığını yada salıb. Bildirib ki, cari ilin aprelində Pekində keçirilmiş 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Prezident İlham Əliyev Azərbaycanın sözügedən təşəbbüsə tam dəstəyini bir daha nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası "Vahid Çin” prinsipinə hər zaman sadiq olub və bu xüsusda həmişə öz dəstəyini bildirib. Çin Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünə dəstəyini xalqımız yüksək qiymətləndirir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM