12 Sentyabr 2019 00:41
524
İQTİSADİYYAT
A- A+

“Aqrolizinq”də taxıl biçininin yekunları və pambıq yığımına hazırlıq müzakirə olunub


"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında 2019-cu ilin taxıl biçininin yekunları və pambıq yığımına hazırlıqla bağlı müşavirə keçirilib.

Tədbirdə taxıl biçini zamanı əldə edilən nailiyyətlər, yaranmış problemlər və onların həll olunması ilə bağlı görülən tədbirlər müzakirə olunub. ASC-nin sədri Elmin Rəhmanov taxıl biçininin artıq tam başa çatdığını bildirib. Biçin zamanı müsbət nəticələrin əldə edildiyini vurğulayan sədr bu uğurun komandanın birgə işinin bəhrəsi olduğunu diqqətə çatdırıb.

Müşavirə iştirakçıları pambıq sahələrində yığıma başlamaq üçün son hazırlıq işləri barədə də məlumatlandırılıb. "Aqrolizinq”in rəhbəri regional nümayəndəliklərə və rayon bölmələrinə pambıq yığımına hazırlıq prosesi və yığımla bağlı müvafiq tapşırıqlar verib.

Tədbirin sonunda yığım zamanı əldə etdikləri nailiyyətlərə görə bir sıra regional nümayəndəlik və rayon bölmələrinin rəhbərləri fəxri diplomlarla təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video