Alternative content

06:33 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət gənclərin potensialına, onlar da ölkə rəhbərinə güvənir
Dövlət gənclərin potensialına, onlar da ölkə rəhbərinə güvənir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:39 12.09.2019


Gənclər bu gün mərkəzi və yerli icra orqanlarında, o cümlədən beynəlxalq təşkilatlarda və şirkətlərdə çalışaraq, bilik və bacarıqlarını dövlətimizin möhkəmlənməsinə və inkişafına yönəldirlər.

Gənclər siyasətinin vacib istiqamətlərindən biri də beynəlxalq təmsilçilikdir. Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət nəticəsində gənclər Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə yüksək tribunalardan çatdırır. Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması ölkəmizin davamlı inkişafının təminatıdır. Ölkəmizin bundansonrakı inkişafı gənclərin potensialından maksimum istifadədən çox asılıdır. Gənclik də bunu nəzərə alaraq dövlətin yürütdüyü məqsədöynlü siyasəti dəstəkləyir və Azərbaycan Prezidentinin yürütdüyü daxili və xarici siyasətin ideoloji təbliğatçısına çevrilir.

Bu gün Azərbaycanın gələcəyi hesab edilən gənclərin üzərinə çox böyük vəzifələr düşür. Hər bir gənc vətənpərvər olmalı, vətənini sevməlidir. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil. Hər bir insanın vətənpərvərliyi öz sahəsində vətəninə, xalqına, millətinə vicdanla xidmət etməsidir.

Azərbaycan gəncliyi özünü heç də əbəs yerə xoşbəxt nəsil saymır. Bunun əsas səbəblərindən biri güclü, qüdrətli bir dövlətin azad vətəndaşı olmalarıdır. Bunun təməlini isə Ulu Öndər Heydər Əliyev qoyub. Bugünkü gənclik xoşbəxtdir ona görə ki, ölkə rəhbəri ona daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib.

Azərbaycan tarixdə bu qədər güclü olmayıb. Bəli, bu gücün mənbəyi müəllifi Ümummilli Lider Heydər Əliyev olan siyasət, xalqla iqtidarın birliyidir! Bu gücün mənbəyi həm də Azərbaycan xalqının, onun gəncinin dövlət başçısına ehtiramı, məhəbbətidir!

Bu gün hər bir Azərbaycan gənci Ali Baş Komandanın əsgəridir: ordu sıralarında, cəbhədə, səngərdə, ictimai həyatda, elmdə, təhsildə... Əgər Azərbaycanın müstəqilliyinə qarşı hər hansı bir təhdid olarsa, gənclər həmin "qüvvələri” tarixin siyasi səhnəsindən bir anda silməyə hazır və qadirdirlər!

Bu gün xalq tərəfindən tarixin arxivinə atılmış siyasətin tör-töküntüləri sosial medianın vermiş olduğu imkanlardan sui-istifadə edərək, xalqı çaşdırmağa, səhv, yalan, böhtan xarakterli məlumatlar yayaraq, insanlardakı Azərbaycana olan inamı itirməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər. Amma bu gün Azərbaycan gəncliyi - Prezidentini, Vətənini sevənlər onları sosial şəbəkələrdə də iflasa uğradıblar.

Gənclərimiz bütün sahələrdə gedən inkişaf proseslərini yaxından izləyir və dövlətimizin əldə etdiyi nailiyyətlərlə qürur duyur. Dövlət başçısının rəhbərliyi ilə dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib. Respublikamız beynəlxalq tədbirlərin, forumların, mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Xalqımızın rifahının daha da yüksəldilməsi naminə görülən bütün işlər Azərbaycan gənclərində xoşbəxt gələcəyə olan inam və əminliyi artırır.

Bakı Dövlət Universitetinin tələbələri də dövlət gənclər siyasətindən yetərincə bəhrələnir. Onlar ölkədə keçirilən beynəlxalq tədbirlərdə könüllülük prinsipləri əsasında xidmət göstərməkdən məmnundurlar. Biz yalnız yaxşı oxumaqla kifayətlənməməli, həm də ölkəmizə layiqli vətəndaş olmağı bacarmalıyıq. Dövlətimiz biz gənclərin elmi nailiyyətlərə yiyələnməsi üçün bütün imkanları yaradıb. Gənclərimiz bu gün dünyanın ən məşhur elm ocaqlarında oxuyur və çalışırlar. Bu isə xalqımızın və dövlətimizin gələcəyi naminə çox böyük avantajdır. Biz tələbə-gənclər vətənimizi layiqincə təmsil etməyi şərəf bilməli, onun tanıdılmasında üzərimizə düşən vəzifələri dərk etməliyik.

Cəmilə NƏCƏFZADƏ,

BDU-nun Hüquq fakültəsinin II kurs tələbəsi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM