12 Sentyabr 2019 00:37
1229
İDMAN
A- A+

Cüdoçumuzun uğurları


Ölkəmizdə cüdoya həvəs göstərən gənclərin sayı ildən-ilə artır. Belə gənclərdən biri də Bakı şəhəri 6 saylı tam orta məktəbin şagirdi Əli Arzumanlıdır.

O, dərslərini yaxşı oxumaqla yanaşı, "Judo Club 2012” idman cəmiyyətində əməkdar idman ustası, usta cüdoçular arasında dördqat Avropa, ikiqat dünya çempionu Zaur Paşayevin rəhbərliyi altında idmanın bu növü ilə məşğul olur. Əli ötən il "Dinamo” İdman Cəmiyyətində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirdə yeniyetmə cüdoçular arasında birinci yerə, Qəbələ şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yarışlarda isə üçüncü yerə çıxmışdır.

Gənc cüdoçu yay tətili günlərində Türkiyə Respublikasının Trabzon Vilayət Gənclər və İdman İdarəsinin dəstəyi ilə Trabzon şəhərində keçirilən İkinci Qaradəniz Trabzon Cüdo Turnirinin iştirakçısı olmuşdur. Trabzon Qaradənizspor, Haçkaspor, Trabzon Böyükşəhər Bələdiyyəspor və Azərbaycan klublarından ibarət ümumilikdə 180 idmançının qatıldığı bu möhtəşəm turnirdə Əli Arzumanlı ölkəmizin idman şərəfini ləyaqətlə qorumuşdur. O, 34 kiloqram çəki dərəcəsində rəqiblərinə qalib gələrək birinci yerə layiq görülmüşdür.

Azərbaycan bayrağının və Dövlət himnimizin sədaları altında Əli Arzumanlıya turnirin qalibi mükafatı təqdim olunmuşdur. Gənc cüdoçunun uğurlu çıxışları və qələbəsi barədə Türkiyədə çıxan gündəlik "Günəbaxış” qəzetində yazı da dərc edilmişdir.

"Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video