Alternative content

02:07 24 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsmayıllıda “İstedad bankı”
İsmayıllıda “İstedad bankı”
ANA SƏHİFƏ / Təhsil
00:35 12.09.2019


Respublikamızın kənd rayonları arasında təhsilin səviyyəsinə, keyfiyyət göstəricilərinə və elm adamlarının sayına görə İsmayıllı həmişə seçilib. Arxada qalan dövr ərzində də rayonda təhsil sahəsində inkişaf davam etdirilib. Əsaslı şəkildə müsbət dəyişikliklər baş verib. Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov deyir ki, son illər yeni məktəb binalarının tikintisi də geniş vüsət alıb və ümumilikdə 1400 şagird yerlik 11 yeni məktəb binası istifadəyə verilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Lahıc qəsəbə tam orta məktəbi üçün 400 şagird yerlik müasir bina tikilib və keçən ilin avqust ayında dövlət başçısı rayona səfər edərkən məktəbin açılışı olub.

Eyni zamanda Gəndov kənd ümumi orta məktəbi üçün quraşdırılan modul tipli məktəb binası yeni dərs ilinin ilk günlərində istifadəyə verilib. Paralel olaraq Uştalqışlaq kənd tam orta, Girk kənd ümumi orta məktəblərinə modul tipli, Basqal qəsəbə tam orta məktəbi üçün isə yeni bina tikilməkdədir.

Həmçinin qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin məktəbəhazırlıq mərhələsinə xüsusi yer verilib. Bu sahənin inkişaf etdirilməsi başlıca vəzifə kimi irəli sürülüb. Rayonda uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi faizi aşağı olduğundan məktəbə hazırlığa ciddi ehtiyac vardır. Hesab edilir ki, Prezident İlham Əliyevin sərəncamı ilə rayonda tikilməkdə olan 100 yerlik yeni uşaq bağçası məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığında çox böyük əhəmiyyətə malik olacaq.

Rayon ümumtəhsil məktəblərində "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində sistemli iş aparılır və uğurlu nəticələr qazanılır.

Rayon Təhsil Şöbəsi rayonun ayrı-ayrı məktəblərində aşkar edilmiş istedadlı şagirdlər haqqında məlumatları toplayaraq "İstedad bankı” yaradıb. Bu istiqamətdə sistemli iş təşkil edilib. Nəticədə rayonun istedadlı şagirdləri müxtəlif səviyyəli yarış və müsabiqələrdə uğurlu nəticələr qazanıblar.

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri uğurla iştirak ediblər. Yarımfinal mərhələsinin qalibi olmuş 9 ən istedadlı şagird finala vəsiqə alıb.

Təhsil Nazirliyinin Rusiya səfirliyi ilə birgə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində keçirdiyi rus dili olimpiadasında rayonun 19 ümumtəhsil məktəbinin 62 istedadlı şagirdi iştirak edib. İlkin məlumatlara görə, şagirdlərin nəticələri yüksək olub.

Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümü münasibətilə respublika üzrə keçirilən "Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edən Təzəkənd kənd tam orta məktəbin şagirdi Gülsüm Əsgərli qaliblər sırasında yer tutub.

"Ədəbiyyat biliciləri” respublika müsabiqəsində şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Jalə Abdurazaqlı və şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Ləman Zeynalova uğurlu nəticə əldə ediblər.

Rayonda "Hər şagird bir istedaddır” devizi altında VIII-XI sinif şagirdlərinin "Müstəqilliyimiz əbədidir”, "Bayrağımız qürur mənbəyidir”, "Konstitusiyam həyat qanunumdur”, aprel şəhidlərinin xatirəsinə həsr edilmiş "Vətən mənə oğul desə...” inşa yazı müsabiqələri keçirilib və qaliblər mükafatlandırılıb. Keçirilən şeir müsabiqələri və dram festivalı istedadlı şagirdlərin üzə çıxarılmasında əhəmiyyətli rol oynayıb.

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş intellektual yarışların birinci mərhələsində rayonun tam orta məktəblərinin komandaları iştirak edib. Yüksək rəqabət şəraitində keçən yarışların qalibi olmuş şəhər 6 nömrəli tam orta məktəbin komandası növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Rayon Təhsil Şöbəsi yeni təyin olunmuş gənc müəllimlərə qayğı ilə yanaşaraq ilk növbədə onların sosial problemlərinin həllini diqqətdə saxlayıb. RTŞ-da fəaliyyət göstərən "Gənc müəllimlər şurası”nın keçirdiyi tədbirlər gənc müəllimlərin pedaqoji, metodiki biliklərinin, təcrübələrinin artırılmasına xidmət edib.

Hesabat dövründə ayrı-ayrı təhsil müəssisələrini təmsil edən müəllimlər beynəlxalq əlaqələri davam etdirməklə yeni uğurlara imza atıblar.

"e Twinning Plus” layihəsi çərçivəsində şəhər 1 və 5 nömrəli tam orta məktəbləri "Avropa məktəbi” adına layiq görülüb. Bu yaxınlarda Türkiyə Respublikasının İzmir şəhərində keçirilmiş kontakt-seminarda şəhər 5 və 6 nömrəli tam orta məktəblərin müəllimləri iştirak ediblər.

Görünən odur ki, hazırda ölkənin təhsil sistemi etibarlı əllərdədir. Bunu İsmayıllı təhsilinin timsalında aydın şəkildə müşahidə etmək mümkündür.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM