Alternative content

00:20 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Altay Həsənov: Əsas hədəfimiz “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır
Altay Həsənov: Əsas hədəfimiz “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır
ANA SƏHİFƏ / İDMAN
19:28 11.09.2019

Sentyabrın 16-dan 22-dək Bakıda bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Ölkəmizdə ilk dəfə bədii gimnastika üzrə dünya birinciliyi 2005-ci ildə keçirilib. Birinci dəfə idi ki, Azərbaycan Olimpiya idman növü üzrə dünya çempionatına ev sahibliyi edirdi. Həmin vaxtdan sonra biz dəfələrlə Avropa çempionatları, dünya kuboku yarışları keçirmişik və müəyyən təcrübə toplamışıq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov sentyabrın 11-də dünya çempionatının açılış mərasiminin yoxlama məşqi zamanı jurnalistlərə müsahibəsində deyib.

A.Həsənov bildirib: "Dünya çempionatına tam hazırıq. İnanırıq ki, çempionat yüksək səviyyədə təşkil olunacaq. Bakıda keçiriləcək yarışa maraq böyükdür. Biletlərin 45 faizi xaricdən alınıb. Dünya çempionatında 61 ölkədən gimnastlar iştirak edəcəklər. İnanıram ki, yarışları izləyən tamaşaçılar bizim komandaya fəal dəstək verəcəklər. Ona görə də media vasitəsilə hamını bu gözəl idman bayramına dəvət edirəm”.

Gimnastlarımızın dünya çempionatına hazırlığından danışan Altay Həsənov deyib: "Əsas hədəfimiz "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bilirsiniz ki, bu dünya çempionatı Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Bu baxımdan çempionatda uğur qazanmaq bizim üçün çox vacibdir”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM