11 Sentyabr 2019 19:20
446
SİYASƏT
A- A+

Ziya Zakir Acar: Azərbaycanın işğal olunmuş ərazilərindəki saxta “seçkilər” sülh danışıqlarını pozmaq cəhdidir


Ermənistan hakimiyyətinin siyasi etikadan kənar davranışları dünyadakı ikili standartların nəticəsidir. Bu vəziyyət regiondakı gərginliyi daim artırır və bunun belə davam etməsi mümkünsüzdür.

Bu fikri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar söyləyib. O bildirib ki, sentyabrın 8-də Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli özünüidarəetmə seçkiləri”nin keçirilməsi Ermənistan dövlətinin işğalçılıq siyasətinin mahiyyətini əks etdirir. Əgər dünyada ikili standartlar olmasaydı, təcavüzkar Ermənistan bu günədək işğalçılıq siyasətini həyata keçirə bilməzdi. Sözügedən "seçkilər” Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın cəhd etdiyi sülh danışıqlarını pozmaq üçün ortaya atılmış iyrənc bir mövzudur.

Dərnək sədri qeyd edib ki, Azərbaycanın və Türkiyənin qardaşlıq münasibətlərinin inkişafı tarixi əhəmiyyət daşıyır. Dövlətlərimiz güclərini birlikdə daim yüksəltməklə bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi istiqamətində səylərini davam etdirməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video