Alternative content

06:30 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Şurasının yaranmasının 70 illiyi ilə əlaqədar Bakıda dəyirmi masa keçirilib
Avropa Şurasının yaranmasının 70 illiyi ilə əlaqədar Bakıda dəyirmi masa keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
19:14 11.09.2019
Sentyabrın 11-də Azərbaycan-Fransız Universitetində AŞPA-nın prezidenti Lilian Mori Paskienin iştirakı ilə Avropa Şurasının yaranmasının 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Lilian Mori Paskie çıxış edərək əsas prinsipləri insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi olan bu təşkilata Azərbaycan Respublikasının 2001-ci ildən tamhüquqlu üzv qəbul edildiyini xatırladıb. O deyib ki, Azərbaycanın və digər ölkələrin Avropa Şurası Parlament Assambleyasına qoşulması Avropada geniş vəhdətə nail olunmasında mühüm rol oynayıb. Ona görə də AŞPA-nın 70 illiyi ilə bağlı tədbir Azərbaycanda keçirilir. Qurumun rəhbəri yaradılan bu imkana görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. AŞPA prezidenti təşkilata üzv ölkələrin siyasi əməkdaşlığı və dialoqu inkişaf etdirməsinin vacib olduğunu deyib.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən bəhs edib. O bildirib ki, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olduqdan sonra məhkəmə-hüquq sistemində, insan hüquqlarının qorunması sahəsində mühüm işlər görüb. Bundan başqa, mətbuat və söz azadlığının qorunması sahəsində, korrupsiyaya qarşı mübarizədə islahatlar aparılıb. Ölkəmiz onlarla beynəlxalq sənədə qoşulub.

Qeyd edək ki, tədbirdə Avropa Şurası Katibliyinin Hüquqi məsələlər və qanunun aliliyi üzrə baş direktoru Kristos Giakoumopoulos, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov, Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyes və digər şəxslər iştirak ediblər.

Dəyirmi masa müzakirələrlə davam edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM