11 Sentyabr 2019 17:18
599
DÜNYA
A- A+

BMT Hindistanı Kəşmirdə sakinlərin hüquqlarını pozmamağa çağırır


BMT-nin üzvü olan 50-dən çox ölkə Hindistanı Cəmmu və Kəşmir regionunda insan hüquqlarını pozmağı dayandırmağa çağırmışdır. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Dövlətlərin BMT İnsan Hüquqları Şurasının 42-ci sessiyasında səsləndirilmiş birgə bəyanatında deyilir ki, Hindistanın idarə etdiyi Cəmmu və Kəşmirdə insan hüquqları və humanitar vəziyyətin pisləşməsi İnsan Hüquqları Şurasının və hüquq müdafiə mexanizmlərinin məsələyə təcili reaksiya verməsini tələb edir. Sənəddə həmçinin Cəmmu və Kəşmirdə komendant saatını dərhal ləğv etmək, kommunikasiyalara, o cümlədən internetə çıxışı bərpa etmək və siyasi məhbusları azadlığa buraxmaq çağırışı yer alır.

Hindistan hökuməti ötən ayın 5-də konstitusiyanın 370-ci maddəsinə düzəliş etmək yolu ilə Cəmmu və Kəşmir ştatının xüsusi muxtar statusunu ləğv etmək təşəbbüsü ilə parlamentə müraciət etmişdir. Parlament təşəbbüsü dəstəkləmiş və bu, Pakistanın kəskin reaksiyasına səbəb olmuşdur. Rəsmi İslamabad Hindistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham etmiş və cavab tədbirləri görməyə hazır olduğunu bildirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video