Alternative content

06:33 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
ANA SƏHİFƏ / SİYASƏT
16:19 11.09.2019

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illiyi münasibətilə Çin Xalq Respublikasında səfərdə olan YAP nümayəndə heyəti sentyabrın 11-də ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin 6-cı departamentinin rəis müavini Van Minlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Nümayəndə heyətinin rəhbəri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib, Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, hazırda Azərbaycanın qarşısında dayanan əsas məsələ ölkənin 20 faiz torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın hərbi təcavüzündən zərər çəkən 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpasıdır.

Komitə sədri, həmçinin YAP-ın ÇKP ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Öz növbəsində, xanım Van Min Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin Çində böyük maraq doğurduğunu, sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığın ölkəsi üçün mühüm önəm daşıdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, YAP nümayəndə heyətinin Çinə səfəri sentyabrın 17-dək davam edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM