Alternative content

06:34 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çıxarışın hazırdır: bunu internet və telefonla öyrən
Çıxarışın hazırdır: bunu internet və telefonla öyrən
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:35 11.09.2019

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə təqdim olunan virtual xidmətlər istifadəçilərin işini daha rahat edir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədin hansı icra vəziyyətində olduğunu, hazır olacağı tarixi, xidmət haqqını vaxt itirmədən, sadəcə müraciət nömrəsini daxil etməklə öyrənmək mümkündür. Vətəndaşların bu istiqamətdə dəqiq və operativ informasiya ilə təminatı elektron xidmətlərlə yanaşı, SMS məlumatlandırma ilə də aparılır.

Komitədən AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət etmiş vətəndaş sənədinin icra vəziyyəti və ya hazırolma tarixi ilə bağlı məlumatı öyrənmək üçün komitənin "Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi” adlı elektron xidmətindən istifadə edə bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (www.e-emdk.gov.az) xidmət siyahısından 11-ci bölməyə daxil olmaq kifayətdir. Açılan xidmət pəncərəsindəki xanaya müraciət zamanı istifadəçiyə təqdim olunmuş bildirişdə qeyd olunan ərizə nömrəsini daxil etdikdən sonra sənədin icra vəziyyəti barədə məlumat ekranda görünür. Qeyd edək ki, müvafiq məlumat SMS bildiriş formasında da vətəndaşın telefonuna ötürülür. Bunun üçün istifadəçi müraciət nömrəsini 9193 SMS nömrəsinə göndərməklə müraciətin icra vəziyyəti barədə məlumatı dərhal əldə edə bilər.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə tələb olunan xidmət haqqı icra prosesində müəyyən olunur. Vətəndaş bu barədə məlumatı xidmət yerinə gəlmədən öyrənməklə hazır sənədlə bağlı ödənişi yerinə yetirə bilər. Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı siyahı üzrə 10-cu bölmədə "Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” xidməti ilə sənədin icrası ilə bağlı dəqiq xidmət haqqını öyrənmək olar. Eyni zamanda, vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləği ilə tanış ola bilər.

Komitə xidmət haqqı ilə bağlı məbləğin ödənilməsini də elektron xidmət vasitəsilə onlayn formada təklif edir. Bunun üçün istifadəçi Elektron Xidmətlər Portalında 5-ci bölmədəki "Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi” adlı elektron xidmətə daxil ola bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM