Alternative content

06:30 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nyu-York qubernatoru 11 sentyabr terror aktlarının ildönümünün bütün məktəblərdə qeyd olunmasını tələb edən qanun imzalayıb
Nyu-York qubernatoru 11 sentyabr terror aktlarının ildönümünün bütün məktəblərdə qeyd olunmasını tələb edən qanun imzalayıb
ANA SƏHİFƏ / DÜNYA
12:37 11.09.2019

Nyu-York ştatının qubernatoru Endrü Kuomo 2001-ci il 11 sentyabr terror aktlarının ildönümünün bütün məktəblərdə qeyd olunmasını tələb edən qanun imzalayıb.

AZƏRTAC xəbər verir ki, demokratlar – senator Cozef Addabbo və ştatın qanunvericilik məclisinin üzvü Steysi Feffer Amatonun təşəbbüsü ilə hazırlanmış qanun layihəsi imzalandığı andan qüvvəyə minib. Sentyabrın 11-də ştatın bütün məktəblərində məşğələlər bir dəqiqəlik sükutla başlanacaq.

Qubernator Kuomo bu qanunun qəbul edilməsi ilə əlaqədar deyib ki, bu sənəd gənclərin 2001-ci il terror aktları barədə məlumatının artırılmasına kömək edəcək. Axı, bu gənclərin bəzi nümayəndələri həmin terror aktları törədilən vaxt hələ anadan olmamışdı. Həmin gün terrorçular Manhettendə Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə, Arlinqtonda Pentaqona hücum edərək Amerika vətəndaşlarına qarşı kütləvi zorakılıq aktı törədib, Pensilvaniyada təyyarəni vurublar. Qubernator qeyd edib ki, 11 sentyabr hadisələri Nyu-York ştatının və bütövlükdə Birləşmiş Ştatların tarixində ən faciəli dövrlərdən biri olub. Buna görə də ştat administrasiyası o faciəli gündə həlak olanların, həmçinin təhlükə ilə üzləşmiş saysız-hesabsız qəhrəmanların xatirəsini qorumaq üçün əlindən gələni etməlidir.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə” terror təşkilatının 19 üzvü Birləşmiş Ştatlarda bir-biri ilə əlaqələndirilmiş dörd terror aktı – intihar törədib, dörd sərnişin avialaynerini ələ keçirib, həmin laynerlərdən ikisini Nyu-Yorkda, Manhettenin cənub hissəsində yerləşən Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə, birini Virciniyada Pentaqonun binasına yönəldiblər. Dördüncü avialaynerin sərnişinləri və heyəti təyyarənin idarə olunmasını terrorçuların əlindən almağa cəhd göstəriblər, nəticədə təyyarə Pensilvaniya ştatındakı Şanksvill yaxınlığında yerə çırpılıb. Bu terror aktları nəticəsində təqribən 3.000 nəfər həlak olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM