Alternative content

13:27 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Akif Əlizadə elmi şuraların sədrləri ilə görüşüb
Akademik Akif Əlizadə elmi şuraların sədrləri ilə görüşüb
ANA SƏHİFƏ / Elm və texnika
11:36 11.09.2019

AMEA Rəyasət Heyətində elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüş keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq akademiyada uzun illər fəaliyyət göstərən elmi şuraların əsas məqsədinin elmin inkişafı ilə bağlı qəbul edilən qərarların icrasını həyata keçirmək, yeni, yüksəkixtisaslı kadrlar hazırlamaq, prioritet elmi istiqamətlər formalaşdırmaq olduğunu bildirib.

Alimin sözlərinə görə, elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, müxtəlif elmi strukturların birgə tədqiqatlara cəlb edilməsi və onların işinin müasir səviyyədə təşkilini nəzərdə tutan elmi şuraların yeni fəaliyyət planlarının hazırlanmasına dair işlər davam etdirilir.

Akif Əlizadə ötən il Nazirlər Kabinetinin qərarı ilə yaradılan Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qarşısında duran əsas vəzifələri xatırladıb. Bu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə elmi istiqamətlər üzrə elmi şuralar yaradıldığını və onlara sədrlər təyin edildiyini nəzərə çatdırıb. Alim bundan sonra elmi şuraların 40-a yaxın yeni elmi istiqamətdə fəaliyyət göstərəcəyini deyərək, bu istiqamətlər üzrə daha səmərəli nəticələrin əldə edilməsi məqsədilə elmi şuralara müəyyən tapşırıqlar verib.

AMEA rəhbəri elmi mövzuların, aktual elmi problemlərin müvafiq istiqamətdə fəaliyyət göstərən elmi şuralarda müzakirə olunmasının vacibliyini qeyd edib: "Hər bir mövzu seçilərkən onun yeniliyinə, aktuallığına və elmi əhəmiyyətinə diqqət yetirilməlidir. Bu məsələdə məsul şəxslər fəal olmalı, yeni təkliflər verməli, hər bir elmi işə məsuliyyətlə yanaşmalıdırlar.”

Alim Azərbaycan elminin dünya elminin tələblərinə cavab verməsi üçün aktual, prioritet istiqamətlərdə araşdırmalar aparılmasının vacibliyini vurğulayıb, elmi şuralarda bu məsələ ilə bağlı geniş müzakirələr aparılmasının məqsədəuyğun olduğunu deyib.

Akif Əlizadə onu da əlavə edib ki, hazırda AMEA-nın iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən elmi müəssisələrin akkreditasiyası haqqında əsasnamə layihəsi hazırlanır.

Sonra akademiklər Əhliman Əmiraslanov, Kamal Abdulla, İradə Hüseynova, Rafael Hüseynov, Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Bilal Bilalov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Akif Musayev və Nuru Bayramov çıxış ediblər. İclasda dissertasiya mövzularından ibarət elektron məlumat bazasının hazırlanması, şuraların veb-saytlarının yaradılması, respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi tədqiqatların əlaqələndirilməsi, tədqiqatlarda təkrarçılığın aradan qaldırılması kimi məsələlər müzakirə olunub. Həmçinin elmi şuraların tərkibinin formalaşdırılmasına, bu şuraların nümunəvi əsasnamə layihəsinin təsdiq olunmasına və gələcək fəaliyyətinin təşkilinə dair fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM