Alternative content

09:41 06 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
04:21 06.12.2019 Vacib seçki sənədi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şahinlərimiz peşəkarlıqlarını yüksəldirlər
Şahinlərimiz peşəkarlıqlarını yüksəldirlər
ANA SƏHİFƏ / SİYASƏT
00:53 11.09.2019


"TurAz Qartalı - 2019” təlimində 30-dək aviasiya vasitəsi real döyüş tapşırıqlarını yerinə yetirir


Azərbaycan Silahlı Qüvvələrində döyüş qabiliyyətinin artırılması üçün görülən işlər yalnız yeni hərbi texnikalar alınması ilə yekunlaşmır. Eyni zamanda mütəmadi olaraq keçirilən hərbi təlimlərdə müasir döyüş vərdişləri artırılır. Bu məsələ Ali Baş Komandan İlham Əliyevin xüsusilə nəzarətindədir. Təsdiq edilən plana əsasən il ərzində bir neçə dəfə müxtəlif qoşun növlərinin iştirakı ilə hərbi təlimlər keçirilir.


Hərbi gücün artırılması prioritetdir


Bu gün dünyanın bir sıra yerlərindəki müharibə ocaqları ayrı-ayrı dövlətlərin həm öz ordularının döyüş təcrübəsini artırdıqları, həm də yeni silahları real hərbi əməliyyatlar şəraitində sınaqdan keçirdikləri bir meydandır. Azərbaycan isə dünyanın başqa yerlərində, sülhməramlı missiya istisna olmaqla, birbaşa hərbi əməliyyatlarda iştirak etmir.

Lakin mütəmadi olaraq keçirilən hərbi təlimlərdə ordumzun müasir döyüş vərdişləri artırılır. Genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi, qüvvələrin təyin olunan məntəqələrə çıxışı, onların qarşılıqlı fəaliyyəti və yenidən qruplaşması, idarəetmənin koordinasiyası, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması, silahların döyüş şəraitində tətbiqi kimi vacib məsələlər sınaqdan çıxarılır. Xüsusən mürəkkəb dağlıq relyef və radioelektron xüsusiyyətlər şəraitində baş tutan təlimlərdə hərbçilərimiz müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişlərini praktiki olaraq təkmilləşdirirlər.

Hər il keçirilən belə təlimlərdən biri "TurAz Qartalı” adlanır. Azərbaycan və Türkiyənin hər il birgə keçirdiyi bu təlim artıq ənənə halını alıb və ölkəmizin Hərbi Hava Qüvvələrinin müasir döyüş vərdişlərinin artırılmasında olduqca mühüm rol oynayır. Lakin öncə onu qeyd edək ki, hərbi gücünə görə NATO-nun liderlərindən olan Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində uzun illərdən bəri dərin əməkdaşlıq mövcuddur. Türkiyə hərbçiləri hələ ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin təlim-təhsil işində yaxından iştirak etməyə başlamış, sonralar hərbi əlaqələr bir çox sahələri əhatə etmişdir. Türkiyə dövləti Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun standartlarına uyğunlaşdırılmasına, müdafiə sənayesi kompleksinin inkişafına mühüm töhfələr verib. Qarşılıqlı etimada əsaslanan hərbi əlaqələr həm də bölgədə sülhün, sabitliyin, davamlı inkişafın və iki dövlətin xalqlarının rifahının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

İndi iki ölkənin hərbi əməkdaşlığı müdafiə sahəsinin demək olar ki, bütün istiqamətlərini əhatə edir. Bu sırada hər il keçirilən, o cümlədən Naxçıvanda reallaşan birgə təlimlər aktuallığı ilə cəlb edir. Ona görə ki, ilk növbədə, Türkiyə NATO-nun üzvüdür, həm də hərbi gücünə görə əksər üzv dövlətlərdən öndədir. Belə bir ölkənin ordusu ilə birgə hərbi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun ən müasir döyüş imkanlarını mənimsəməsində böyük rol oynayır.


Ermənistan narahatdır


"TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinə sentyabr ayının 2-dən start verilib. Təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 "Kasa” təyyarələri, Mi-35, Mi-17, "Sikorski” UH-70, CH-47 "Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir. Budəfəki təlimlərdə Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.

Sentyabrın 16-dək keçiriləcək təlim isə iki ölkənin müdafiə sahəsində uğurlu əməkdaşlığının növbəti göstəricisi olacaq, həm də orduların təcrübə mübadiləsində mühüm rol oynayacaq. Məsələnin digər tərəfi isə bu cür təlimlərin Ermənistanda ciddi narahatlıqla qarşılanmasıdır. Xüsusən Azərbaycanın Naxçıvanda hərbi gücünü artırması Ermənistan hərbi-siyasi dairələrində ciddi təşvişlə izlənilir. Bu ölkənin bir sıra ekspertləri hakimiyyətin təlimatına uyğun olaraq danışsalar da, reallığı anlayanlar tamamilə başqa fikirdədirlər. Məsələn, Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Hovhanisyan Azərbaycan-Türkiyə arasında birgə təlimlərin mütəmadi xarakter daşıdığını xatırladıb və onların bir çox hallarda Ermənistan sərhədinin yaxınlığında keçirildiyini yada salıb. "Hər bir təlim döyüş hazırlığı səviyyəsinin artırılması istiqamətində yeni mərhələyə qədəm qoymaq deməkdir. Təlimlər zamanı müxtəlif taktiki epizodlar icra olunur, planlar hazırlanır. Başqa sözlə, təlimlərdə iştirak edən əsgərlər və zabitlər hərbi əməliyyatların aparılması təcrübəsini qazanır. Demək, gələcəkdə müharibə baş verərsə, onların bu təcrübəsindən istifadə olunacaq. İndiki mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin əsas məqsədi Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu geri almaqdır. Mən Ermənistan ordusunun buna necə qarşılıq verə biləcəyini bilmərəm. İstənilən halda, Azərbaycanın Türkiyə ilə birgə belə miqyaslı hərbi təlimlər keçirməsi çox düşündürücüdür” deyə o bildirib.

Ermənilərin Naxçıvanla bağlı təlaşları daha çoxdur. Prezident İlham Əliyevin 2013-cü ilin dekabrında imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının müdafiəsinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Yüksək döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnikalarla tam təchiz edilən Əlahiddə Ümumqoşun Ordusu regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir.

Bütün bunlar, o cümlədən Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin sayının artması isə qeyd edildiyi kimi, Ermənistanda narahatlıq yaradır. Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bu baxımdan ən müasir döyüş imkanlarına malik Azərbaycan Ordusunun hər bir təliminin məqsədinin nə olduğunu Ermənistanda yaxşı anlayırlar.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM