Alternative content

20:20 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dünyada ən zəngin neft-qaz infrastrukturuna malik ölkələrdəndir
Azərbaycan dünyada ən zəngin neft-qaz infrastrukturuna malik ölkələrdəndir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:52 11.09.2019


"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üçün Xəzərdə zəngin dəniz infrastrukturunun yaradılması - hasilat, qazma, yaşayış, kompressor və suvurma platformalarının quraşdırılması, nefti və qazı quru əraziyə çatdırmaq üçün sualtı kəmərlərin çəkilişi tələb olundu.

Müasir dəniz qurğularının tikintisi öz növbəsində inşaat meydançalarının yüksək səviyyədə olması zərurətini ortaya çıxardı.

Dənizin dibi ilə sualtı kəmərlərin çəkilməsi də yeniliklərin həyata keçirilməsini, məsələn, borudüzən, dalğıc və digər gəmilərin modernləşdirilməsini gündəmə gətirdi. Neftin və qazın müəyyən bir məkanda toplanması, daha sonra onların ixrac olunması qarşıda mühüm məsələ kimi dayanırdı.

Bu gün Azərbaycanın həm dənizdə, həm də quruda geniş və dünya səviyyəli neft-qaz infrastrukturuna malik olması məhz 25 il əvvəl başlanan nəhəng işlərin uğurlu nəticələrindən biridir.

"Əsrin müqaviləsi” çərçivəsində qazanılan nailiyyətlərdən bəhs edərkən ilk növbədə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yaradılan yenilikləri xatırlatmaq vacibdir. Bu zavodun keçən əsrin 70-80-ci illərində məhz Azərbaycanda tikilməsi Ulu Öndərin uzaqgörən siyasəti və gərgin səyi nəticəsində mümkün olub. Mütəxəssislərin fikrincə, əgər bu zavod olmasaydı, "Əsrin müqaviləsi” çərçivəsində görülən işlər illərlə gecikə bilərdi. Belə ki, AÇG yataqlarında quraşdırılmış 8 platformanın bir çox əsas hissələri BDÖZ-də inşa edilib. Bunun üçün isə son 25 ildə zavodda genişmiqyaslı yenidənqurma və modernləşdirmə işləri aparılıb. Bu da müəssisədə ən müasir standartlara malik qurğuların inşasına şərait yaradıb.

Bu gün dünyanın ən böyük neft-qaz terminallarından biri də məhz Azərbaycanda, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal qəsəbəsindədir. Səngəçal terminalı sözün əsl mənasında regionun neft-qaz ixracı mərkəzinə çevrilib. İndi terminalın qurğuları təkcə AÇG-dən deyil, "Şahdəniz”dən gələn karbohidrogenləri də qəbul edir və ilkin emaldan keçirir. Təkcə onu qeyd etmək kifayətdir ki, üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq "Cənub qaz dəhlizi” öz başlanğıcını buradan götürür.

"Əsrin müqaviləsi” imzalanandan sonra tam modernləşdirilib ən müasir dəniz qurğularının inşa edildiyi məkana çevrilən obyektlərdən biri də Bakının Bibiheybət ərazisindəki ATA ("AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsidir. 2000-ci illərin əvvəllərində ATA-nın ərazisində onlarca yeni bina və sex inşa edildi. İnşaatçılar üçün yaşayış sahəsi, yeməkxana, nəqliyyat vasitələri üçün qaraj, digər xidmət və təchizat binaları tikildi. Görülən işlər ATA-da ilkin olaraq "Azəri” yatağında quraşdırılması nəzərdə tutulan Kompressor və Suvurma Platformasının üst modullarının yüksək keyfiyyətlə inşa edilməsinə imkan verdi. Daha sonra bu obyektdə "Dərinsulu Günəşli”dəki iki platformadan birinin, "Qərbi Çıraq”, "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” kimi nəhəng platformaların üst modulları tikildi. ATA-nın necə böyük əhəmiyyətə malik bir obyekt olduğunu vurğulamaq üçün bu qurğuların təkcə adını çəkmək kifayətdir.

Hazırda Xəzərdə istər istismar edilən yataqlarda, istərsə də geoloji kəşfiyyat aparılan sahələrdə Azərbaycanın özünün qazma qurğuları işləyir. Son 25 ildə, yəni "Əsrin müqaviləsi” imzalanandan bəri "Dədə Qorqud”, "İstiqlal” kimi yarımdalma qazma qurğuları müasir tələblər səviyyəsində modernləşdirilərək böyükhəcmli işlər görüb. Yeni enerji strategiyamızın müəllifi, Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan qurğunun köməyi ilə texnoloji sahədə böyük irəliləyişlər əldə edilib.

Neft-qaz layihələrinin uğurlarında Azərbaycan gəmilərinin də öz payı var. Bu layihələrin tələblərinə uyğun təmir edilmiş və yenidən qurulmuş "Azərbaycan” kran gəmisinin, "STB-1” daşıma və "İsrafil Hüseynov” borudüzmə barjlarının, "Akademik Tofiq İsmayılov” dalğıc gəmisinin son illərdə Xəzərdə gördüyü işlər misilsizdir.

Azərbaycanın zəngin neft-qaz infrastrukturu ildən-ilə genişlənir. Xəzər regionunun yeganə boruörtükləmə zavodu da məhz Bakıda yerləşir. Əvvəlki illərdə AÇG-də, eləcə də Xəzərdəki digər yataqlarda salınan sualtı kəmərlər üçün boruları örtükləyən müəssisə sonralar "Şahdəniz”lə bağlı sifarişləri də müvəffəqiyyətlə yerinə yetirib.

2013-cü ildə istismara verilmiş Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin mühüm bir hissəsi neft-qaz sənayesi ilə bağlıdır. İstənilən növ gəmilərin tikintisi və təmiri üzrə ixtisaslaşan bu müəssisə neft-qaz sektoruna da böyük dəstək verir. Burada sahə üçün istənilən gəmilərin və qazma qurğularının təmiri və tikintisi mümkündür. Hazırda "Şahdəniz” yatağında müvəffəqiyyətlə işləyən "Xankəndi” sualtı tikinti gəmisi məhz bu müəssisədə araya-ərsəyə gəlib.

Təsadüfi deyil ki, bu gün dünya şöhrətli şirkətləri birləşdirən konsorsiumlar ölkəmizdə qlobal layihələri həyata keçirərkən məhz yerli xammaldan, işçi qüvvəsindən, podratçı və subpodratçılardan olduğu kimi, həm də yerli infrastrukturdan, o cümlədən qurğu və kommunikasiyalardan istifadə etməyə üstünlük verirlər.

Bir sözlə, Azərbaycan zəngin neft-qaz infrastrukturu potensialına görə Xəzər regionu ölkələri arasında xüsusi mövqeyə malikdir. Diversifikasiya olunmuş magistral neft və qaz kəmərləri sistemi, terminallar və zavodlar, dənizin dərinliklərində istənilən əməliyyatı keçirməyə imkan verən infrastruktur regional əhəmiyyət daşıyır. Odur ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatı naminə bütün mövcud imkanlarını digər ölkələrə də təqdim etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Vaxt gələcək sözügedən layihələrin hamısı başa çatdırılacaq. Onların reallaşdığı istehsalat sahələri, eləcə də istifadə olunan bir çox digər infrastruktur isə mülkiyyət kimi Azərbaycan xalqına və dövlətinə qalacaq.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM