Alternative content

11:51 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
02:09 08.12.2019 İlk qiblə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsmayıllı müasirləşir
İsmayıllı müasirləşir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:37 11.09.2019


İki kənddə tibb məntəqəsi açılıb


İsmayıllının Sumağallı və Sulut kəndlərində Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” layihəsi çərçivəsində hazırlanan tibb məntəqələrinin açılışı olub.

Sumağallıda keçirilən ilk açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, layihəni həyata keçirən QHT "Gənclər İnkişaf Naminə” İctimai birliyinin rəhbəri Rasim Allazov, digər rəsmi şəxslər, kənd sakinləri, tibb işçiləri, müəllimlər, veteranlar, ağsaqqallar iştirak ediblər. Tədbir Azərbaycanın və Yaponiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, dövlət müstəqilliyi illərində Azərbaycanla Yaponiya arasında işgüzar və diplomatik əlaqələr daha intensiv xarakter alıb. Bu əlaqələrin səmərəli nəticələri İsmayıllıda da öz əksini tapıb. Regionda ilk şəhər İsmayıllıdır ki, Yaponiyanın İto şəhəri ilə qardaşlıq və dostluq əlaqələri yaradıb. Şagird mübadilələri, distant yolla dil öyrənmək, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin nəticəsi hesab edilməlidir. Yaponiya səfirliyinin dəstəyi ilə istifadəyə verilən tibb məntəqəsi də insan sağlamlığına qayğıdan irəli gəlir. Sumağallı sakinlərinə bəxş olunan bu layihəyə görə Yaponiya dövlətinə, cənab səfirə minnətdarlığımızı bildiririk.

Səfir cənab Teruyuki Katori çıxış edərək deyib ki, Azərbaycandan 7500 kilometr şərqdə olan Yaponiya ilə ölkəniz arasında müstəqillik illərində çox möhkəm əlaqələr yaranıb. Bu əlaqələr başlanğıcını xeyli əvvəl - "İpək yolu” açılan zamandan götürür. Bu əlaqələrin nəticəsi olaraq ölkəmiz Azərbaycanda bir çox layihələr - uşaq bağçası, tibb məntəqəsi, məktəb, içməli su çəkilişi, suvarma sistemləri və digər layihələr həyata keçirib. Sumağallı tibb məntəqəsi İsmayıllıda 15-ci layihəmizdir. Çalışacağıq ki, əlaqələrimiz və layihələrimiz bundan sonra da davamlı olsun.

"Qadın inkişaf qrupu”nun rəhbəri Arzu Mirzəyeva və ağsaqqal ziyalı Hüseyn Xəlilov da çıxış edərək belə dəyərli, vacib sosial layihənin icrası üçün minnətdarlıqlarını bildiriblər.

Sonra tibb məntəqəsinə baxış keçirilib. Səfir uşaqlarla, ağbirçək qadınlarla, iştirakçı sakinlərlə şəkil çəkdirib.

Rəsmi iştirakçıların bir qrupu RİH başçısının birinci müavini Rövşən Ağayevlə birgə Sulut tibb məntəqəsinin açılışına gediblər.

Sumağallı və Sulut tibb məntəqələrinin tikintisinin birgə məbləği 89 min 270 ABŞ dolları təşkil edib.


Rayonda "Yaşıl marketticarət mərkəzi fəaliyyət göstərir


İsmayıllı şəhərində "İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin nəzdində yeni fəaliyyətə başlayan "Yaşıl market” ticarət mərkəzi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitin bariz nümunəsidir. Ticarət mərkəzi 5 hektar ərazini əhatə edir. Ərazinin 3 hektarı kənd təsərrüfatı və sənaye mallarının satış bazarından ibarətdir. Burada habelə tikinti materiallarının satış bazarı, avtomobillər üçün 2 dayanacaq, namaz otağı, 22 yerlik hotel, 3 yeməkxana və ilkin tibbi xidmət otağı da var.

Ticarət mərkəzinin açılış mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkəmizin davamlı iqtisadi inkişafından söz açıb, yeni ticarət mərkəzində əhaliyə xidmətin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, ticarət mərkəzinin daim qonaq-qaralı olan İsmayıllıda küçə ticarətinin yığışmasına təsir göstərəcəyini qeyd edib.

Mərasimdə çıxış edən "İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti Zenfira Quliyeva ticarət mərkəzinin əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün yaradıldığını bildirib. Natiq bu gün Azərbaycanda Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihələrdən, insanların həyat səviyyəsinin gündən-günə yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. MMC-nin vitse-prezidenti minimum əməkhaqqının, pensiyaların, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən digər kateqoriyadan olan işçilərin əməkhaqlarının artırılmasının ölkəmizdə insana göstərilən qayğının nümunəsi olduğunu vurğulayıb.

"Yaşıl market” ticarət mərkəzində kənd təsərrüfatı məhsulları digər ticarət obyektlərindən 30-40 faiz, ət məhsulları 10-20 faiz, geyim əşyaları 30 faiz, məktəb ləvazimatları isə 40 faiz ucuz satılır. İdarəetmədə satış qiymətlərinə, habelə sanitar-gigiyenik qaydalara ciddi nəzarət mexanizmi qurulub. Ət kəsimi sexləri və məhsulların saxlanılması qida təhlükəsizliyi qaydalarına tam uyğundur. Hazırda 70 tonluq soyuducu istifadədədir. Əlavə olaraq 2 min tonluq soyuducunun da qurulması nəzərdə tutulur.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM