11 Sentyabr 2019 00:36
632
İQTİSADİYYAT
A- A+

Zaqatalada indiyədək 17 min tonadək dən qarğıdalı tədarük edilib


Zaqatalalı fermerlər bu il 3 min 506 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir.

İndiyədək 2 min 990 hektar sahənin məhsulu yığılıb, 16 min 983 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,8 sentner təşkil edir.

Rayonda kartof, günəbaxan, lobya və bostan məhsullarının yığımı artıq başa çatıb. Fermerlər 1567 hektar kartof sahəsindən 18 min 866 ton, 120 hektar günəbaxan sahəsindən 296 ton, 181 hektar lobya sahəsindən 364 ton, 815 hektar bostan bitkiləri sahəsindən isə 7 min 172 ton məhsul tədarük ediblər. Ötən illə müqayisədə kartof istehsalı 172 ton, günəbaxan istehsalı 1,2 ton, lobya istehsalı 8 ton, bostan məhsulları istehsalı isə 166 ton artıb.

Rayonda tərəvəz məhsullarının yığımı da davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video