10 Sentyabr 2019 21:55
426
SİYASƏT
A- A+

Gürcüstan nazirinə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim olunub

Gürcüstanın Xarici İşlər naziri David Zalkalianiyə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, medalı David Zalkalianiyə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdim edib.

Nazir bu mükafata Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə layiq görülüb.

Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri bu xüsusi medala layiq görüldüyünə görə Azərbaycan Prezidentinə təşəkkür edib. O bildirib ki, Gürcüstan ilə Azərbaycan arasında dostluq münasibətlərinin qədim tarixi var. Bu gün əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bizim hərtərəfli əməkdaşlığımız bundan sonra da davam etdiriləcək.

Səfir Baş Nazir Giorgi Qaxariyanın rəhbərliyi altında Gürcüstan hökumətinin fəaliyyətinə uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video