Alternative content

10:03 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Energetika naziri Əbu-Dabidə bir sıra görüşlər keçirib
Azərbaycanın Energetika naziri Əbu-Dabidə bir sıra görüşlər keçirib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
21:52 10.09.2019

Beynəlxalq Enerji Agentliyi Azərbaycanın energetika sektorunun uzunmüddətli inkişaf Strategiyasının layihəsinin hazırlanmasına dəstək verəcək


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirin Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə görüşündə qlobal neft bazarında hazırkı vəziyyət, neftin qiymətinə, eləcə də tələb və təklifə təsir edən amillər, neft ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. P.Şahbazov energetika sektorunda islahatlar çərçivəsində görülən tədbirlər barədə ətraflı məlumat verərək "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Enerji Agentliyi ilə intensiv əməkdaşlığın vacibliyini qeyd edib. F.Birol Azərbaycanın energetika sektorunda yeni çağırışlara uyğun fəaliyyətini təqdir edərək strategiya layihəsinin hazırlanmasına dəstək verəcəklərini bildirib.

Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər isə Çinin Milli Enerji Administrasiyasının vitse-prezidenti Lin Shanqing ilə görüşdə müzakirə edilib. Nazir bu ilin aprelində "Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Azərbaycan Prezidentinin Çinə səfərinin və imzalanan sənədlərin iki ölkə arasında müxtəlif sahələrdə, eləcə də enerji sektorunda əlaqələrin genişlənməsi üçün yaratdığı imkanları xatırladıb. P.Şahbazov Çin şirkətlərini bərpaolunan enerji sahəsində fəal iştiraka dəvət edib.

Nazir Dünya Neft Şurasının prezidenti Tor Fyeranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. T.Fyeran XXIV Dünya Neft Konqresinə ev sahibliyi etmək üçün keçirilmiş səsvermədə Azərbaycanın yüksək nəticə göstərdiyini vurğulayıb və ölkəmizlə qurum çərçivəsində əlaqələrin dərinləşdirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb. Cari və növbəti illərdə Dünya Neft Şurasının müxtəlif tədbirlərində Azərbaycanın təmsil olunması, T.Fyeranın ölkəmizə gözlənilən səfəri, eləcə də neft-kimya və neft emalı sahəsində inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.

Monqolustanın Energetika naziri Çerenpil Davasurenlə görüşdə isə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, eləcə də Monqolustan tələbələrinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almaları ilə bağlı məsələlər müzakirə edilib. "Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmaya hazır olduğu bildirilib. Həmçinin Monqolustanın neft sektorunun inkişafında Azərbaycanla əməkdaşlığa maraq ifadə edilib.

Səfər çərçivəsində həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui, Dünya Enerji Şurasının həmsədri Jean Marie Dauger, Hindistanın Neft və Qaz naziri Dharmendra Pradhan ilə də görüşlər keçirilib və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM