10 Sentyabr 2019 21:50
531
DÜNYA
A- A+

Sakit okeanın suları təhlükəli səviyyəyə qədər istiləşib


"Sakit okean sularının istilik dalğası-2019”: alimlər aşkar edilmiş anomaliyanı belə adlandırıblar. Anomaliya Şimali Alyaskadan başlamış Cənubi Kaliforniyayadək uzanan ərazidə müşahidə olunub. AZƏRTAC "Vesti.ru”ya istinadla xəbər verir ki, həmin ərazidə suyun temperaturu təhlükəli səviyyəyə qədər yüksəlib. Bəzi yerlərdə suyun temperaturu normadan 6 dərəcə yüksək olub. Ekspertlər həyəcan təbili çalırlar: suyun istiləşməsi davam etsə, fəlakət baş verə bilər.

Artıq vəziyyət elə bir böhranlı səviyyəyə çatıb ki, anomaliya bütün qərb sahilboyu ərazi boyunca dəniz faunasının kökünün kəsilməsinə və balıqçılığın məhv olmasına gətirib çıxara bilər. Söhbət həmin ərazidə qızılbalıq populyasiyasının məhv olmasından gedir. Əgər suyun temperaturu uzun müddət 20 dərəcə səviyyəsində olsa, cavan qızılbalıqların sağlamlığına mənfi təsir göstərəcək və onların balaları kürü tökmək üçün yer tapa bilməyəcək. Temperaturun 22,8 dərəcəyə qədər yüksəlməsi isə balıqlar üçün ölümcül haldır.

Alimlər "qatil damcı” adlandırılmış oxşar anomaliyanı 2014-cü ildə müşahidə ediblər. O dövrdə məhdud ərazidə temperaturun orta hesabla 7 dərəcə yüksəlməsi yüz milyonlarla dəniz heyvanının məhvinə gətirib çıxarmışdı. Alimlər bildirirlər ki, əgər vəziyyət analojidirsə, onda bu hal müvəqqətidir. Ancaq artıq məlumdur ki, anomaliya 5 il əvvəl olduğu kimi güclü təsir göstərəcək.

Kaliforniyada yerləşən NOAA elmi mərkəzinin mütəxəssisi Neyt Mantua deyib: "Adətən okean temperaturunun bu dərəcədə güclü dəyişməsi üçün xeyli vaxt tələb olunur, lakin indiki halda biz radikal temperatur dəyişmələrini cəmi 3 ay ərzində müşahidə etdik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video