10 Sentyabr 2019 21:35
587
CƏMİYYƏT
A- A+

Aşura günündə 2641,1 litr qan tədarük olunub


Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtda və bölgələrdə təşkil olunan qanvermə aksiyalarında saat 9:00-dan 18:00-a qədər 5809 nəfər könüllü olaraq qan verib. Ümumilikdə isə 2641,1 litr qan tədarük olunub.

Qeyd edək ki, qanvermə aksiyaları 25 şəhər və rayon üzrə 33 yerdə təşkil olunub.

Bakı şəhəri üzrə: Binəqədi rayonu "İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş şəhər xəstəxanası və "Mir Mövsüm Ağa ziyarətgahı”, Nəsimi rayonu "Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas” məscidi, "Sahibəzzaman” məscidi, Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı”, "İmam Rza” məscidi, Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı”, Suraxanı rayonu "Qaraçuxur” məscidi, Yasamal rayonu "Təzəpir” məscidi, "Hacı Cavad” məscidi və "Hacı Soltanəli” məscidi;

Bölgələrdə: Gəncə şəhəri "İmamzadə kompleksi”, Lənkəran şəhəri "Böyük bazar” məscidi, Mingəçevir şəhəri "Heydər” məscidi, Sumqayıt şəhər "Cümə” məscidi, Şəki şəhəri "İmam Əli” məscidi, Mərkəzi Qan Bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi”, Biləsuvar rayonu "Cümə” məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu Mərkəzi rayon xəstəxanası, Qan Bankının Quba bölgəsi, Masallı şəhər "Cümə” məscidi.

Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilib, hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video